| 
								 İslam 
								Konfransı Gənclər Forumunun və Ukrayna 
								Azərbaycanlıları Gənclər Birliyinin birgə 
								təşəbbüsü ilə Ukraynada elan olunmuş Xocalı 
								ayına Nikolayev şəhərindən start verilmişdir.
								 
								AzərTAc xəbər 
								verir ki, "Xocalıya  ədalət"  kampaniyası 
								çərçivəsində keçirilən tədbirlər Ukrayna 
								KİV-lərinin diqqətini də cəlb etmişdir. 
								 
								Nikolayev 
								vilayətinin azsaylı xalqlar üzrə Şurasının sədri 
								Murad Kaymurazov vurğulamışdır ki, Xocalıda 
								olanlar adi faciə deyil, əsl soyqırımı idi. 
								Cinayəti törədənlər cəzalandırılmalıdır ki, bu 
								kimi vəhşiliklər tarixdə bir daha 
								təkrarlanmasın.   |