| 
								 AzərTAc xəbər 
								verir ki, Hindistanda "Xocalı - gələcək üçün 
								ibrət" inşa yazı müsabiqəsi elan olunmuşdur.
								 
								Azərbaycanın 
								Hindistandakı səfirliyinin dəstəyi və "Athena 
								Ventures" şirkətinin təşkilatçılığı ilə Xocalı 
								soyqırımının 19-cu ildönümünə həsr olunmuş inşa 
								yazı müsabiqəsinə bütün Hindistan üzrə start 
								verilmişdir. İştirakçılar "Xocalı - gələcək üçün 
								ibrət" mövzusunda inşa yazmalı və fevralın 
								23-dək bu müsabiqə üçün təşkil olunmuş 
								komissiyanın elektron ünvanına göndərməlidirlər.
								 
								Məktəblilər və 
								tələbələr üçün elan olunmuş müsabiqənin  davam  
								etdiyi  müddət  ərzində  onun  haqqında  
								xəbərlər  Hindistanın KİV-lərində  yer 
								alacaqdır. Yazı  müsabiqənin  artıq rəsmi 
								İnternet səhifəsi (www.khojalycontest.com) 
								də hazırlanmışdır. Müsabiqənin qalibləri 
								fevralın 26-da mükafatlandırılacaqlar. 
								 
								Bundan əlavə, 
								birgünlük seminarın da keçiriləcəyi nəzərdə 
								tutulmuşdur. Seminarda Xocalı soyqırımı haqqında 
								videomateriallar, fotoşəkillər nümayiş 
								etdiriləcək, "Xocalıya ədalət" kampaniyası üçün 
								imza toplanacaqdır.   |