| 
								 
								 Tanınmış 
								tənqidçi, ədəbiyyatşünas alim Əhəd  Hüseynovun 
								vəfatından sonra onun  "Tənqid və ədəbi proses" 
								kitabı işıq üzü görüb. Alimin  qızı - ADPU-nun 
								Azərbaycan və dünya ədəbiyyatı tarixi 
								kafedrasının əməkdaşı Zərnurə Əhədqızı 
								tərəfindən tərtib olunan kitab "Nurlan" 
								nəşriyyatı tərəfindən çap olunub. Kitabda  
								Azərbaycan ədəbi-tənqidinin istedadlı və nüfuzlu 
								nümayəndələrindən biri kimi tanınan Əhəd 
								Hüseynovun ədəbi-tənqidi məqalələri  toplanıb. 
								
								Nəsr, poeziya, tənqid və ədəbiyyatşünaslıq 
								məsələlərinə həsr edilmiş bu məqalələr 
								1950-1970-ci illər ədəbi prosesinin bütün 
								mürəkkəbliyi, ziddiyyətləri, inkişaf spesifikası, 
								sosioloji və  estetik təmayülləri haqqında aydın 
								təsəvvür yaradır. 
								
								Kitabda müəllifin M.Füzulinin alleqorik 
								əsərlərinin ideya - estetik xüsusiyyətlərindən 
								bəhs edən "Füzulinin təmsilləri" adlı  araşdırması 
								və əsərlərinin biblioqrafiyası da  yer almışdır.
								 
								
								Ümidvarıq ki, "Tənqid və ədəbi proses" kitabı 
								filoloqlar və pedaqoji ictimaiyyət tərəfindən 
								maraqla qarşılanacaq.  
								
								
								
								Şakir CƏFƏROV, 
								ADPU-nun dissertantı  |