| 
								 
								Bakıdakı 91 nömrəli orta məktəbdə təlimin 
								səviyyəsinin yüksəldilməsində "açıq dərs"lərin 
								əhəmiyyətini nəzərə alaraq onların təşkilinə  
								geniş yer verilir. Məktəbdə qabaqcıl təcrübəsi 
								öyrənilib yayılmağa layiq olan və yaradıcı 
								fəaliyyət göstərən müəllimlərin hər həftə "açıq 
								dərs"ləri keçirilir və müzakirə olunur. 
								 
								
								Məktəbin direktoru Svetlana Zülfüqarova bildirdi 
								ki, bu günlərdə məktəbin üç müəlliminin - Şəfiqə 
								Axundovanın VII "B" sinfində  fizikadan "Ümumdünya 
								cazibə qanunu",  İradə Rüstəmovanın VII "D"sinfində 
								kimyadan "Suyun tətbiqi və əhəmiyyəti" və  
								Təranə Sadatovanın IX "A" sinfində biologiyadan 
								"Həzm  sistemi" mövzularında  keçdikləri "açıq 
								dərs"lər  deyilənlərə əyani sübutdur. 
								S.Zülfüqarova  qeyd etdi ki, müəllimlər dərsdə 
								İKT-dən, elektron dərsliklərdən geniş istifadə 
								edirlər. Onlar bu qənaətdədirlər ki, müqayisəli 
								öyrədilən biliklər daha möhkəm olur, şagirdlərin 
								düşünmə, nəticəçıxarma, mühakiməetmə 
								qabiliyyətlərini inkişaf etdirir, elmə marağını 
								artırır.Elektron dərsliklərdən istifadə həmçinin 
								şagirdlərdə müstəqil işləmək meyilini 
								gücləndirir, bütövlükdə proqram materiallarının 
								dərindən, şüurlu surətdə öyrənilməsinə və uzun 
								müddət  unudulmamasına səbəb olur.    
								
								
								
								Şakir CƏFƏROV  | 
								  |