| 
								 Tələbə Qəbulu 
								üzrə Dövlət Komissiyası (TQDK) Bakıda 
								2010-2011-ci tədris ili üçün ali təhsil 
								müəssisələrinə keçirilmiş qəbul imtahanlarının 
								elmi-statistik təhlilinə həsr olunmuş zona 
								müşavirəsi keçirmişdir.  
								
								 AzərTAc 
								xəbər verir ki, 276 nömrəli tam orta məktəbdə 
								təşkil olunmuş zona müşavirəsində Təhsil 
								Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 
								nümayəndələri, eləcə də Binəqədi, Xəzər, 
								Nərimanov, Nəsimi, Nizami, Qaradağ, Sabunçu, 
								Səbail, Suraxanı, Xətai, Yasamal, Şuşa, 
								Zəngilan, Xocalı və Xocavənd rayonlarının orta 
								ümumtəhsil məktəblərinin direktorları və 
								müəllimləri iştirak etmişlər.  
								Tədbirdə çıxış 
								edən təhsil naziri Misir Mərdanov Azərbaycan 
								Prezidenti İlham Əliyevin təhsilin inkişafına 
								daim böyük önəm verdiyini vurğulamışdır. 
								Ölkəmizdə təhsilin inkişafı üçün həyata 
								keçirilən tədbirlərdən, qazanılan uğurlardan 
								danışan nazir, eyni zamanda bu sahədəki mövcud 
								problemlərdən söz açmış, təhsil işçilərinə 
								tövsiyələrini vermişdir.  
								TQDK-nın sədri 
								Məleykə Abbaszadə 2010-2011-ci tədris ili üçün 
								keçirilmiş qəbul imtahanlarının elmi-statistik 
								təhlilinə dair məruzə etmişdir.  
								Qeyd 
								olunmuşdur ki, ötən il Bakıda orta ümumtəhsil 
								məktəblərini 22 min 449 şagird bitirmiş, onların 
								20 min 748 nəfəri attestat almışdır. Attestat 
								alanlardan 18 min 832-si qəbul imtahanlarında 
								iştirak etmişdir.  
								Qəbul 
								imtahanlarının nəticələrinə əsasən, şəhərin 8 
								min 475 məzunu (imtahanlarda iştirak edənlərin 
								45,00 faizi) tələbə adını qazanmışdır. Onlardan 
								3 min 51-i dövlət, 68-i özəl ali təhsil 
								müəssisələrinə dövlət sifarişi üzrə, 4 min 235-i 
								dövlət, 1121-i özəl ali təhsil müəssisələrinə 
								ödənişli təhsil forması üzrə qəbul olunmuşlar.
								 
								Bakı 
								məzunlarının 2060 nəfəri 500-dən, o cümlədən 550 
								nəfəri 600-dən yuxarı bal toplamışdır. Həmin 
								gənclərin ən çoxu Azərbaycan Dövlət İqtisad 
								Universiteti və Bakı Dövlət Universitetinə qəbul 
								olunmuşdur. Şəhərin məzunlarının qəbul 
								imtahanlarında topladıqları orta bal 264,473-ə 
								bərabərdir. Bu, respublika üzrə orta 
								göstəricidən 14,1 faiz yuxarıdır.  
								Paytaxt 
								məzunlarının yalnız 38,94 faizi 300-dən yuxarı 
								bal toplamışdır. Qəbul imtahanlarında şəhərin 
								316 məktəbinin məzunları iştirak etmişdir. 185, 
								209, 295, 324 nömrəli orta məktəblərin bir 
								məzunu belə ali təhsil müəssisəsinə qəbul 
								olmamışdır.  
								Respublika 
								üzrə yaxşı məktəblər sırasına bu il paytaxtın 72 
								nömrəli məktəb-liseyi, 287 nömrəli "Zəkalar" 
								liseyi, 147 nömrəli texniki-humanitar təmayüllü 
								liseyi, 264 nömrəli məktəb-liseyi, 
								Bağça-məktəb-lisey kompleksi, 22, 23, 25, 30, 
								34, 220 nömrəli məktəblər və digər təhsil 
								müəssisələri daxil olmuşlar.  
								Zona 
								müşavirəsində çıxış edən digər təhsil işçiləri 
								fikirlərini bildirmiş, mövzu ilə bağlı 
								müzakirələr aparılmışdır.    | 
								  |