| 
								 
								Azərbaycan Dillər Universitetinin İctimaiyyətlə 
								əlaqələr və mətbuat xidmətinin rəhbəri Zeynab 
								Kazımovadan aldığımız məlumata görə, fevralın 
								26-da alman dili fakültəsinin müəllimlərinin 
								təkmilləşmə seminarlarına start verilib.  
								Seminarları  Almaniyanın Heydelberq 
								Universitetinin professoru Robert Şmitt-Brandt 
								aparır.  "Xarici dilin tədrisinin ilkin 
								metodları", "Öyrənmə dəyişkənliyi", "Universal 
								öyrənmə (beyin mərkəzləri)", "İnsanlarda dilin 
								inkişafı", "Uşaqlarda dilin inkişafı prosesi 
								(ilkin dil bacarıqları)", "Yetkin insanlarda 
								dilin inkişafı (ikinci dil bacarıqları)", 
								"Xarici dilin tədrisinin müasir metodları", 
								"Tərcümə və tərcümə prosesi", "Standart dillər 
								və dialektlər", "Ölkəşünaslıq", "Dil və yazı" və 
								"Dil, ruh və mədəniyyət" mövzularını əhatə edən 
								alman dili müəllimlərinin təkmilləşmə 
								seminarları 12 həftə davam edəcək.  Seminarlara 
								alman dili fakültəsinin 10 müəllimi qatılıb.
								 
								
								 Alman dili fakültəsinin dekanı, dosent Ulduz 
								Aslanovanın da iştirak etdiyi ilk seminarda 
								Heydelberq Universitetinin professoru  Robert 
								Şmitt-Brandt dünyada mövcud olan dil 
								ailələrindən, dillərin yaranma prosesindən, 
								inkişafından və xüsusiyyətlərindən danışdı. 
								 
								
								Seminarın sonunda almaniyali professor 
								müəllimləri maraqlandıran sualları 
								cavablandırdı. 
								
								Onu da qeyd edək ki, Robert Şmitt-Brandt ADU-nun 
								alman dili fakültəsində əsas fənn müəllimi kimi 
								çalışacaq. Belə ki, professor  IV kursda  təhsil 
								alan  tələbələrə əsas dil fənnindən  bir semestr 
								ərzində dərs deyəcək.     
								
								
								
								Şakir CƏFƏROV  | 
								  |