| 
								 
								 Naxçıvan 
								Dövlət Universiteti ilə Azərbaycan Dillər 
								Universiteti arasında ilk virtual dərs 
								keçirilmişdir.  
								Naxçıvan 
								Dövlət Universitetinin rektoru, akademik İsa 
								Həbibbəyli çıxış edərək universitetdə müasir 
								informasiya-kommunikasiya texnologiyalarının 
								uğurlu tətbiqindən, dünyanın bir çox məşhur 
								universitetləri ilə videokonfransların 
								təşkilindən danışdı. Qeyd olundu ki, "Polycom HD 
								8000" markalı ən müasir internet-konfrans 
								kamerasının quraşdırılması universitetin virtual 
								əlaqələrinin inkişafı, videobağlantıların 
								qurulması, müştərək videodərslərin keçirilməsi 
								üçün daha geniş imkanlar açmışdır. Rektor bu ali 
								məktəbin Azərbaycan Dillər Universiteti ilə 
								geniş əlaqələrindən, Avropa Birliyi ölkələrinin 
								TEMPUS proqramı çərçivəsində "Azərbaycanda 
								şifahi və yazılı tərcümənin tədrisi sahəsində 
								islahatlar" adlı layihənin  icraçıları  kimi  
								birgə fəaliyyət göstərmələrindən danışdı, xarici 
								dillərin tədrisinin təkmilləşdirilməsi sahəsində 
								elmi-pedaqoci təcrübənin öyrənilməsinin 
								əhəmiyyətindən bəhs etdi. 
								Azərbaycan 
								Dillər Universitetinin tədris işləri üzrə 
								rrorektoru, rrofessor Natiq Üusifov həmkarlarını 
								salamlayaraq universitetlərarası tərəfdaşlıqda 
								videodərslərin, videokonfransların 
								keçirilməsinin rolundan söz açdı, təmsil etdiyi 
								ali məktəbdə xarici dillərin tədrisi ilə bağlı 
								keçiriləcək növbəti konfranslardan birində bölmə 
								iclasının virtual olaraq Naxçıvan Dövlət 
								Universitetində keçirilməsi təklifi ilə çıxış 
								etdi. Professor alman dilinin Avropadakı geniş 
								coğrafiyasını, statusunu nəzərə alaraq ilk 
								virtual dərsin bu dilin mənimsənilməsinə həsr 
								olunduğunu qeyd etdi. Sonra dərs başladı. 
								Azərbaycan Dillər Universitetinin Alman dilinin 
								leksikologiyası və üslubiyyəti kafedrasının baş 
								müəllimi Rəşidə Hacıyevanın alman dilində 
								apardığı məşğələ hər iki auditoriya tərəfindən 
								maraqla qarşılandı. Dərs diskussiya şəklində 
								keçdi.   
								
								
								Mehriban SULTAN,  
								NDU-nun Mətbuat şöbəsinin müdiri  | 
								  |