| 
								 
								Lənkəran Dövlət Universitetində "Cənub 
								bölgəsinin inkişafında əmək və təbii 
								ehtiyatlardan səmərəli istifadə" mövzusunda 
								konfrans keçirilib. Rayon ictimaiyyəti 
								nümayəndələri, yerli sahibkar və iş adamlarının 
								iştirak etdikləri tədbiri universitetin rektoru, 
								əməkdar elm xadimi, fizika-riyaziyyat elmləri 
								doktoru, professor Asəf İsgəndərov açaraq 
								Azərbaycanın bölgədə lider dövlətə 
								çevrilməsində, iqtisadi cəhətdən güclü, siyasi 
								baxımdan müstəqil ölkə səviyyəsinə çıxmasında və 
								beynəlxalq miqyasda nüfuzunun artmasında 
								ümummilli lider Heydər Əliyevin müstəsna 
								xidmətlərindən, Prezident İlham Əliyevin ulu 
								öndərin bütün sahələrdə həyata keçirdiyi 
								islahatları uğurla davam etdirməsindən danışıb. 
								Daha sonra rektor ölkədə aparılan təhsil 
								islahatlarından söz açaraq, Azərbaycan elmi və 
								təhsilinin özünün yeni inkişaf mərhələsinə daxil 
								olduğunu bildirib. 
								
								Konfransda çıxış edən Milli Məclisin deputatı 
								Rüfət Quliyev bildirdi ki, Azərbaycan 
								Respublikası regionlarının sosial-iqtisadi 
								inkişafı Dövlət Proqramı ölkəmizin hər yerində 
								olduğu kimi, Lənkəranda da müvəffəqiyyətlə 
								həyata keçirilir, aparılan islahatlar 
								 sürətlənib, özəl və ictimai təşkilatların 
								fəaliyyəti genişlənib.  
								
								Millət vəkili gənc sahibkarlara diqqət və 
								qayğının daha da artırılmasının vacibliyini qeyd 
								etdi və bildirdi ki, gənc sahibkarlarla işi 
								yaxşılaşdırmaq üçün Lənkəran Şəhər İcra 
								Hakimiyyəti ilə birlikdə yeni layihələrin həyata 
								keçirilməsinə başlanıb. Həmin layihələr konfrans 
								iştirakçıları ilə birgə müzakirə edildi. 
								
								Konfransda 2011-ci ilin "Turizm ili" olduğu və 
								bununla əlaqədar qarşıya yeni vəzifələr 
								qoyulduğu qeyd edildi. Bildirildi ki,  
								Lənkəranda turizm, xususilə ekoturizm inkişaf 
								etdiriləcək.  Lənkəran Dövlət Universitetində 
								tələbə və məzunların turizm, hotelçilik və 
								restoran xidməti sahəsində ixtisasartırma və 
								yenidənhazırlanması kursları açılacaq. 
								 
								
								Həmin gün universitetdə əmək yarmarkası 
								keçirildi. Lənkəran əmək məşğulluğu idarəsi ilə 
								keçirilən tədbirdə universitetin tələbələri 
								iştirak edirdilər.   
								
								
								
								Hacı Etibar ƏHƏDOV  |