| 
								 
								1 mart "Ümumdünya Mülki Müdafiə günü" Azərbaycan 
								Müəllimlər İnstitutunda da qeyd edildi. Tədbiri 
								giriş sözü ilə institutun rektoru, millət 
								vəkili, professor Aqiyə Naxçıvanlı açaraq hər il 
								martın 1-də "Ümumdünya Mülki Müdafiə günü"nün 
								geniş şəkildə qeyd edilməsindən, bu günün 
								tarixindən və mahiyyətindən danışdı. O, 
								tələbələri hər bir fövqəladə hallarda ayıq-sayıq 
								olmağa çağırdı. 
								
								Tədbirdə Mülki müdafiə, tibbi biliklərin 
								əsasları və fiziki tərbiyə kafedrasının 
								müəllimi, mayor, dosent Siyavuş Gözəlov 
								"Müxtəlif xarakterli (hərbi) fövqəladə hallarda 
								psixoloji hazırlığın təşkili" mövzusunda geniş 
								məruzə ilə çıxış etdi. O, əyani vəsait kimi 
								videoçəkilişlərdən fraqmentlər göstərərək 
								tələbələrdə böyük maraq oyatdı. 
								
								Həmin kafedranın müəllimlərindən Faiq Manafov 
								"Mülki müdafiənin əsas məqsədləri, vəzifələri, 
								iş və mühafizə üsulları" mövzusunda çıxış etdi. 
								O, fərdi mühafizə vasitələrindən R-2 tipli 
								respiratorlarını, ondan istifadə qaydalarını, 
								həmçinin QP-5, QP-7 əleyhqazlarını da göstərərək 
								onların hansı şəraitdə istifadə olunmalarından 
								danışdı. 
								
								Kafedranın müəllimi Fatma Şəmiyeva da ilk tibbi 
								yardımlardan ətraflı şəkildə danışdı və 
								tələbələr onları əyani şəkildə nümayiş 
								etdirdilər.  |