| 
								 
								 Martın 
								3-də  Bakının Xətai rayonunda yerləşən Ə.Əliyev 
								adına  204  nömrəli  orta məktəbdə Azərbaycanın 
								Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini 
								yad etmək məqsədilə anım mərasimi keçirildi. 
								
								"Gəlin, Mübariz kimi mübariz olaq!" adlı 
								tədbirdə məktəbin yuxarı sinif şagirdləri 
								Azərbaycanın Dövlət himnini ifa etdilər. 
								Qəhrəmanın həyat və döyüş yolundan bəhs edən 
								videogörüntülər izlənildi.  
								
								Təhsil ocağının direktoru Ziba Rzayeva  
								vətənpərvərlik ruhunda olan tədbirin mahiyyəti 
								barədə iştirakçılara məlumat verdi. Bildirdi ki, 
								vətənimiz olduqca hiyləgər, mənfur düşmənlə 
								üz-üzədir. Qeyd olundu ki, ermənilər 
								torpaqlarımızın 20 faizindən çoxunu işğal 
								ediblər. Xalqımıza qarşı sonsuz sayda mənəvi 
								zərbələr, vəhşiliklər törədiblər. Sevinirik ki, 
								xalqımızın Mübariz kimi qeyrətli oğulları var. 
								Belə oğulları olan vətən heç vaxt düşmən 
								qabağında əyilməz.  
								
								Gecənin aparıcıları Orxan və Nuray adı ürəklərdə 
								yaşayan, dillər əzbəri olan, xalqımızın qeyrətli 
								oğlu Mübarizin keçdiyi həyat yoluna nəzər 
								saldılar.  
								
								Məktəbin doqquzuncu və onuncu sinif şagirdləri 
								Milli Qəhrəmana aid səhnəcik  nümayiş 
								etdirdilər.  Səhnədə Mübariz rolunu oynayan Əli 
								Əsədli   Milli Qəhrəmanın valideynlərinə yazdığı 
								son məktubu oxudu.   
								
								Şagirdlərdən Mehman, Türkan, Əmbər, Aygün, Səmra 
								Milli Qəhrəman Mübarizə həsr olunan şeirlərlə, 
								mahnılarla onun ən yüksək zirvədə - qəhrəmanlıq 
								zirvəsində olduğunu söylədilər. Məktəbin XI 
								sinif şagirdi Aygün Bağırovanın ifa etdiyi 
								Mübariz İbrahimova aid mahnı iştirakçılar 
								tərəfindən maraqla qarşılandı.  
								
								Tədbirdə çıxış edən qonaqlar da Mübarizin 
								mübarizliyindən danışaraq onun misilsiz 
								qəhrəmanlığının hər bir azərbaycanlı gəncə örnək 
								olduğunu dedilər.  
								
								Tədbirin sonunda Milli Qəhrəman Mübariz 
								İbrahimova aid mahnı klipi və film nümayiş 
								olundu.    
								
								
								
								R.RAMAZANOĞLU  |