| 
								 
								Martın 1-də Bakıdakı 298  nömrəli orta məktəbdə 
								Azərbaycanın vətənpərvər oğlu,  Milli Qəhrəman 
								Mübariz İbrahimova həsr olunmuş tədbir 
								keçirildi. 
								
								"Mübariz İbrahimov  - milli fəxrimiz" adlı 
								tədbir şagirdlərin ifasında Dövlət himninin 
								oxunması ilə başladı. Torpaqlarımızın azadlığı 
								uğrunda həlak olanların xatirəsi  bir dəqiqəlik 
								sükutla yad edildi. Dövlət bayrağı səhnəyə 
								gətirildi.  
								
								Təhsil ocağının direktoru Şaiqə Hüseynova   
								vətənpərvərlik mövzusuna həsr olunmuş tədbirin 
								mahiyyəti haqqında iştirakçılara  məlumat 
								verərək şagirdlərin hazırladıqları gecəni açıq 
								elan etdi.  
								
								Məktəbin tərbiyə işləri üzrə direktor müavini 
								Xatirə Rəhimova Milli Qəhrəman Mübariz 
								İbrahimovun həyat yolundan söz açdı. 
								
								Tədbirin  aparıcıları Əfsanə, Ümid və Ləman 
								düşmənlə döyüşdə  igidlik göstərmiş xalqımızın 
								fəxri Mübariz İbrahimovun qəhrəmanlığından 
								danışdılar. Bildirdilər ki, bu gün adı dillər 
								əzbəri olan, haqqında kitablar, şeirlər, 
								mahnılar yazılan, filmlər çəkilən Azərbaycanın 
								Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsi 
								xalqımızın yaddaşında əbədi yaşayacaq. 
								
								Şagirdlər Mübariz İbrahimova həsr olunan şeirlər 
								söylədilər, vətənpərvərliyə aid səhnəcik nümayiş 
								etdirdilər.  
								
								Çıxış edən qonaqlar da belə tədbirlərin təhsil 
								ocaqlarında keçirilməsini təqdirəlayiq hal   
								kimi qiymətləndirdilər, gecənin yüksək 
								səviyyədə  hazırlanmasından məmnun qaldıqlarını 
								bildirdilər. 
								
								Tədbir Milli Qəhrəman Mübariz İbrahimova həsr 
								olunmuş  filmin nümayişi ilə  başa çatdı.  
								
								
								
								Rəşad ZİYADOV  |