| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		Valideynlərlə birgə iş 
		yaxşı təşkil olunub  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 2010-2011-ci 
								tədris ilində Bakıdakı 265 nömrəli orta 
								məktəbdə   valideynlərlə birgə  aparılan iş  
								artıq ən önəmli məsələyə çevrilmişdir. Elə  bu 
								günlərdə IX-XI siniflər üzrə keçirilən yoxlama 
								imtahanlarına və onun nəticələrinə həsr olunmuş 
								valideyn  yığıncağı da buna əyani sübutdur. 
								Məktəbin direktoru Yeganə Qurbanova 
								valideynlərlə qarşılıqlı işin təşkilindən söz 
								açaraq təlim -tərbiyə sahəsində onların rolunu  
								qeyd edib. Bildirilib ki,   məktəblə ailənin 
								qarşılıqlı əlaqəsi olmayan yerdə mükəmməl 
								tərbiyədən söz gedə bilməz. Çünki tərbiyə 
								kompleks  prosesdir və onun səmərəliliyini 
								müəllimlərlə valideynlərin, məktəblə ailənin 
								birgə səyi  nəticəsində yüksəltmək mümkündür. 
								Y.Qurbanova 
								bildirib ki, dərs ilinin əvvəlindən məktəbdə hər 
								həftənin VI günü "Açıq  qapı" günü elan edilib.  
								Hazırda  yüksək nəticə əldə etmək üçün  pedaqoji 
								kollektiv  valideynlərlə birgə  işləmək 
								prinsipinə layiqincə riayət edir. Valideynlər 
								də, öz növbəsində, övladlarının yaxşı oxumasında 
								və  onların milli ruhda böyüyüb formalaşmasında 
								pedaqoji kollektivə yaxından köməklik 
								göstərirlər. 
								
								
								      Şakir CƏFƏROV   | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |