| 
								 
								
								 Siniflər üzrə məzmun standartları  
								
								
								V SİNİF  
								
								
								V sinfin sonunda şagird: 
								
									- 
									
 varlıq 
									və hadisələrin sadə təsnifatını verir;  
									- 
									
 canlıların 
									həyatında ekoloji mühitin rolunu 
									əsaslandırır;  
									- 
									
 cəmiyyətin 
									sosial tərkibini, dövlət anlayışını onun 
									həyatını tənzimləyən vahid siyasi təşkilat 
									kimi izah edir;  
									- 
									
 insan 
									hüquqlarını müdafiə edən qurumları 
									fərqləndirir, topladığı materialları təqdim 
									edir;  
									- 
									
 iqtisadi 
									resursları və iqtisadi vasitələri 
									fərqləndirir;  
									- 
									
 sağlamlığın 
									mənəvi, fiziki və emosional aspektlərini 
									fərqləndirir;  
									- 
									
 ünsiyyəti 
									mənəvi tələbat kimi qiymətləndirir, əxlaq və 
									davranışlara təsir edən amilləri 
									fərqləndirir;  
									- 
									
 mənəvi  
									borcun əhəmiyyətini izah edir, dini inamları 
									fərqləndirir;  
									- 
									
 həyat 
									fəaliyyəti zamanı yarana biləcək təhlükəli 
									və xoşagəlməz halları, fövqəladə hadisələri 
									izah edir.   
								 
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar  
								1. Təbiət 
								və biz 
								Şagird: 
								1.1. Varlıq və 
								hadisələrə, onların qarşılıqlı əlaqəsinə dair 
								bilik və bacarıqlar nümayiş etdirir. 
								1.1.1. Cism, 
								maddə və təbiət hadisələrinin sadə təsnifatını 
								verir. 
								1.2. Ekoloji 
								tarazlığın qorunmasına dair bilik və bacarıqlar 
								nümayiş etdirir. 
								1.1.2. 
								Canlıların həyatında ekoloji mühitin rolunu 
								əsaslandırır.  
								2. Fərd və 
								cəmiyyət 
								Şagird: 
								2.1. 
								Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə 
								formalarına dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								2.1.1. 
								Cəmiyyətin sosial tərkibini (ailə, ictimai 
								birliklər, dövlət) izah edir. 
								2.1.2. Dövlət 
								anlayışını cəmiyyətin həyatını tənzimləyən vahid 
								siyasi təşkilat kimi izah edir. 
								2.2. Hüquqi 
								mədəniyyətə malik olduğunu nümayiş etdirir. 
								2.2.1. İnsan 
								hüquqlarını müdafiə edən qurumları (dövlət, 
								qeyri-hökumət, beynəlxalq) fərqləndirir. 
								2.2.2. İnsan 
								hüquqlarını müdafiə edən qurumlar haqqında 
								topladığı materialları təqdim edir. 
								2.3. İqtisadi 
								bilik və bacarıqlara yiyələndiyini nümayiş 
								etdirir. 
								2.3.1. 
								İqtisadi resursları və iqtisadi vasitələri 
								fərqləndirir.  
								3. 
								Mənəviyyat 
								Şagird: 
								3.1. Ünsiyyət 
								mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								3.1.1. 
								Ünsiyyəti mənəvi tələbat kimi qiymətləndirir. 
								3.2. İnsan 
								mənəviyyatını formalaşdıran amillərə dair bilik 
								və bacarıqlar nümayiş etdirir. 
								3.2.1.Əxlaq və 
								davranışlara təsir edən amilləri fərqləndirir. 
								3.2.2. Mənəvi 
								borcun (təbiət, cəmiyyət, dövlət, ailə 
								qarşısında) əhəmiyyətini izah edir. 
								
								3.3.Mənəviyyatın formalaşmasında dinin rolunu 
								dəyərləndirir. 
								3.3.1. Dini 
								inamların ümumi və fərqli cəhətlərini müqayisə 
								edir.  
								4. 
								Sağlamlıq və təhlükəsizlik 
								Şagird: 
								4.1. Sağlam 
								həyat tərzinə dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								4.1.1. 
								Sağlamlığın mənəvi, fiziki və emosional 
								aspektlərini fərqləndirir. 
								4.2. Məişətdə 
								və ictimai yerlərdə təhlükəsiz davranış 
								qaydalarına dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								4.2.1. 
								Məişətdə və ictimai yerlərdə yarana biləcək 
								təhlükəli və xoşagəlməz halları izah edir. 
								4.2.2. Yol 
								nişanları və yol hərəkəti  
								qaydalarının 
								əhəmiyyətini izah edir. 
								4.3.         
								Fövqəladə hallarla bağlı bilik və bacarıqlar 
								nümayiş etdirir. 
								4.3.1. 
								Fövqəladə hadisələr zamanı yarana biləcək 
								təhlükəni qiymətləndirir.  
								
								
								VI SİNİF  
								
								
								VI sinfin sonunda şagird: 
								
									- 
									
 maddələrin 
									xassələrini onların daxili quruluşu ilə 
									əlaqələndirir;  
									- 
									
 insanı 
									təbiətin bir hissəsi kimi səciyyələndirir;  
									- 
									
 cəmiyyətin 
									idarə olunmasını və  dövlətin funksiyalarını 
									izah edir;  
									- 
									
 insan 
									hüquqlarını müdafiə edən qurumların 
									fəaliyyətini sadə şəkildə təsvir edir, 
									topladığı materialları təqdim edir;  
									- 
									
 qiymət, 
									tələb və təklifin iqtisadiyyatın 
									inkişafındakı rolunu izah edir;  
									- 
									
 sağlam 
									həyat tərzinin əsas şərtlərini fərqləndirir;  
									- 
									
 ünsiyyət 
									mədəniyyətinin formalaşmasına təsir edən 
									amilləri dəyərləndirir, əxlaq və davranış 
									normalarının cəmiyyətin həyatındakı rol və 
									əhəmiyyətini izah edir;  
									- 
									
 ailə və 
									ictimai mühitdə mənəvi borcunu nümunələrlə 
									izah edir, dini ibadət və mərasimləri 
									müqayisə edir;  
									- 
									
 fövqəladə 
									hadisələr və həyat fəaliyyəti zamanı tələb 
									olunan təhlükəsiz davranış qaydalarını izah 
									edir.   
								 
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar  
								1. Təbiət 
								və biz 
								Şagird: 
								1.1.         
								Varlıq və hadisələrə, onların qarşılıqlı 
								əlaqəsinə dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								1.1.1. 
								Maddələrin xassələrini onların daxili quruluşu 
								ilə əlaqələndirir. 
								1.2.         
								Ekoloji tarazlığın qorunmasına dair bilik və 
								bacarıqlar nümayiş etdirir. 
								1.2.1. İnsanı 
								təbiətin bir hissəsi kimi səciyyələndirir.  
								2. Fərd və 
								cəmiyyət 
								Şagird: 
								2.1. 
								Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə 
								formalarına dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								2.1.1. 
								Cəmiyyətin idarə olunmasını şərh edir. 
								2.1.2. 
								Cəmiyyətin idarə olunmasında dövlətin 
								funksiyalarını izah edir. 
								2.2. Hüquqi 
								mədəniyyətə malik olduğunu nümayiş etdirir. 
								2.2.1. İnsan 
								hüquqlarını müdafiə edən qurumların fəaliyyətini 
								sadə şəkildə təsvir edir. 
								2.2.2. İnsan 
								hüquqlarını müdafiə edən qurumların fəaliyyəti 
								ilə bağlı topladığı materialları təqdim edir. 
								2.3. İqtisadi 
								bilik və bacarıqlara yiyələndiyini nümayiş 
								etdirir. 
								2.3.1. Qiymət, 
								tələb və təklifin iqtisadiyyatın inkişafında 
								rolunu izah edir.                
								
								
								
								3. Mənəviyyat 
								
								
								
								Şagird: 
								3.1. Ünsiyyət 
								mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								3.1.1. 
								Ünsiyyət mədəniyyətinin formalaşmasına təsir 
								edən amilləri dəyərləndirir. 
								3.2. İnsan 
								mənəviyyatını formalaşdıran amillərə dair bilik 
								və bacarıqlar nümayiş etdirir. 
								3.2.1. Əxlaq 
								və davranış normalarının cəmiyyətin həyatındakı 
								rol və əhəmiyyətini izah edir. 
								3.2.2. Ailə və 
								ictimai mühitdə mənəvi borcunu nümunələrlə izah 
								edir. 
								3.3. 
								Mənəviyyatın formalaşmasında dinin rolunu 
								dəyərləndirir. 
								3.3.1. Dini 
								ibadət və mərasimləri müqayisə edir.  
								
								
								
								4. Sağlamlıq və təhlükəsizlik 
								
								
								
								Şagird: 
								4.1. Sağlam 
								həyat tərzinə dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								4.1.1. Sağlam 
								həyat tərzinin əsas şərtlərini fərqləndirir. 
								4.2. Məişətdə 
								və ictimai yerlərdə təhlükəsiz davranış 
								qaydalarına dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								4.2.1. 
								Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış 
								qaydalarını fərqləndirir. 
								4.2.2. Yol 
								nişanlarının təyinatına uyğun bacarıqlar nümayiş 
								etdirir. 
								4.3. Fövqəladə 
								hallarla bağlı bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								4.3.1. 
								Fövqəladə hadisələr zamanı tələb olunan davranış 
								qaydalarını izah edir.  
								
								
								VII SİNİF  
								
								
								VII sinfin sonunda şagird: 
								
									- 
									
 təbiətdə 
									baş verən hadisələri enerji çevrilmələri, 
									hərəkət və qarşılıqlı təsirlə əlaqələndirir;  
									- 
									
 insan 
									fəaliyyətinin təbiətə təsirini 
									qiymətləndirir;  
									- 
									
 cəmiyyətin 
									və dövlətin idarəetmə formalarını 
									fərqləndirir;  
									- 
									
 hüquqi 
									sahələri fərqləndirir, normativ-hüquqi 
									sənədlərə istinad etməklə hüquqi sahələrə 
									dair təqdimatlar hazırlayır;  
									- 
									
 əmək və 
									onun növlərinin iqtisadi proseslərdəki 
									rolunu şərh edir;  
									- 
									
 ünsiyyət 
									qaydalarından istifadə bacarıqları nümayiş 
									etdirir, müxtəlif əxlaqi keyfiyyətləri 
									nümunələrlə əsaslandırır;  
									- 
									
 təbiət 
									və cəmiyyət qarşısında mənəvi borcunu 
									dəyərləndirir, dini-əxlaqi dəyərlərin 
									mədəniyyətlərin formalaşmasına təsirini şərh 
									edir;  
									- 
									
 sağlamlığın 
									mənəvi, psixi və emosional aspektlərini 
									fərqləndirir;  
									- 
									
 təhlükəsiz 
									davranış qaydalarına riayət etməməyin 
									nəticələrini qiymətləndirir, ictimai 
									nəqliyyatda davranış qaydalarına dair 
									bacarıqlar nümayiş etdirir;  
									- 
									
 fövqəladə 
									hadisələr zamanı ilkin yardım göstərir.   
								 
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar  
								1. Təbiət 
								və biz 
								Şagird: 
								1.1.         
								Varlıq və hadisələrə, onların qarşılıqlı 
								əlaqəsinə dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								1.1.1. 
								Təbiətdə baş verən hadisələri enerji 
								çevrilmələri, hərəkət və qarşılıqlı təsirlə 
								əlaqələndirir. 
								1.2.         
								Ekoloji tarazlığın qorunmasına dair bilik və 
								bacarıqlar nümayiş etdirir. 
								1.2.1. İnsan 
								fəaliyyətinin təbiətə təsirini qiymətləndirir.  
								2. Fərd və 
								cəmiyyət 
								Şagird: 
								2.1. 
								Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə 
								formalarına dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								2.1.1. 
								Cəmiyyətin idarəetmə formalarını fərqləndirir. 
								2.1.2. 
								Dövlətin idarəetmə formalarını (monarxiya, 
								respublika) fərqləndirir. 
								2.2. Hüquqi 
								mədəniyyətə malik olduğunu nümayiş etdirir. 
								2.2.1. Hüquqi 
								sahələri (sosial, siyasi, mülki, iqtisadi, 
								mədəni) fərqləndirir. 
								2.2.2. 
								Normativ-hüquqi sənədlərə istinad etməklə hüquqi 
								sahələrə (sosial, siyasi, mülki, iqtisadi, 
								mədəni) dair təqdimatlar hazırlayır. 
								2.3. İqtisadi 
								bilik və bacarıqlara yiyələndiyini nümayiş 
								etdirir. 
								2.3.1. Əmək və 
								onun növlərinin iqtisadi proseslərdəki rolunu 
								şərh edir.  
								3. 
								Mənəviyyat 
								Şagird: 
								3.1. Ünsiyyət 
								mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								3.1.1. 
								Ünsiyyət qaydalarından istifadə bacarıqları 
								nümayiş etdirir. 
								3.2. İnsan 
								mənəviyyatını formalaşdıran amillərə dair bilik 
								və bacarıqlar nümayiş etdirir. 
								3.2.1. 
								Müxtəlif əxlaqi keyfiyyətləri nümunələrlə 
								əsaslandırır. 
								3.2.2. Təbiət 
								və cəmiyyət qarşısında mənəvi borcunu 
								dəyərləndirir. 
								3.3. 
								Mənəviyyatın formalaşmasında dinin rolunu 
								dəyərləndirir. 
								3.3.1. 
								Dini-əxlaqi dəyərlərin mədəniyyətlərin 
								formalaşmasına təsirini şərh edir.  
								4. 
								Sağlamlıq və təhlükəsizlik 
								Şagird: 
								4.1. Sağlam 
								həyat tərzinə dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								4.1.1. Sağlam 
								həyat tərzini şərtləndirən amillərin 
								əhəmiyyətini əsaslandırır. 
								4.2. Məişətdə 
								və ictimai yerlərdə təhlükəsiz davranış 
								qaydalarına dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								4.2.1. 
								Təhlükəsiz davranış qaydalarına riayət etməməyin 
								nəticələrini qiymətləndirir. 
								4.2.2. İctimai 
								nəqliyyatda davranış qaydalarına dair bacarıqlar 
								nümayiş etdirir. 
								4.3. Fövqəladə 
								hallarla bağlı bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								4.3.1. 
								Fövqəladə hadisələr zamanı ilkin yardım 
								göstərir.  
								
								
								VIII SİNİF  
								
								
								VIII sinfin sonunda şagird: 
								
									- 
									
 materiyanın 
									quruluşunun eyniliyini, kainatda baş verən 
									proseslərin ümumi qanunlara tabe olmasını 
									əsaslandırır;  
									- 
									
 ekoloji 
									tarazlığın qorunması və bərpasına dair 
									layihələr hazırlayır;  
									- 
									
 cəmiyyətin 
									inkişafında inteqrasiyanın və cəmiyyətin 
									idarə olunmasında dövlət hakimiyyətinin 
									bölünməsini əsaslandırır;  
									- 
									
 tarixi 
									hadisələrin, faktların və ədəbi əsərlərin 
									nümunəsində insan hüquqlarının pozulmasına 
									dair təqdimat hazırlayır;  
									- 
									
 istehsal 
									infrastrukturlarına  dair təqdimat 
									hazırlayır;  
									- 
									
 insanlararası 
									münasibətlərdə ümumi cəhətlərin, insan 
									mənəviyyatının formalaşmasında vəzifə və 
									məsuliyyətin əhəmiyyətini dəyərləndirir;  
									- 
									
 vətən və 
									dovlət qarşısında mənəvi borcunu dərk 
									etdiyini nümayiş etdirir, cəmiyyətdə 
									birgəyaşayış qaydalarının formalaşmasında 
									dini-əxlaqi dəyərlərin rolunu 
									qiymətləndirir;  
									- 
									
 reproduktiv 
									sağlamlığın qorunmasını sağlam həyat 
									tərzinin əsas şərti kimi dəyərləndirir;  
									- 
									
 konkret 
									situasiyalarda təhlükəsiz davranış və yol 
									hərəkəti qaydalarından istifadə edir;  
									- 
									
 fövqəladə 
									halların nəticələrinin aradan 
									qaldırılmasında birgəfəaliyyət bacarıqları 
									nümayiş etdirir.   
								 
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar  
								1. Təbiət 
								və biz 
								Şagird: 
								1.1. Varlıq və 
								hadisələrə, onların qarşılıqlı əlaqəsinə dair 
								bilik və bacarıqlar nümayiş etdirir. 
								1.1.1. 
								Materiyanın quruluşunun eyniliyini, kainatda baş 
								verən proseslərin ümumi qanunlara tabe olmasını 
								əsaslandırır. 
								1.2. Ekoloji 
								tarazlığın qorunmasına dair bilik və bacarıqlar 
								nümayiş etdirir. 
								1.2.1. Ekoloji 
								tarazlığın qorunması və bərpasına dair layihələr 
								hazırlayır.  
								2. Fərd və 
								cəmiyyət 
								Şagird: 
								2.1. 
								Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə 
								formalarına dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								2.1.1. 
								Cəmiyyətin inkişafında inteqrasiyanın 
								əhəmiyyətini əsaslandırır. 
								2.1.2. 
								Cəmiyyətin idarə olunmasında dövlət 
								hakimiyyətinin bölünməsini əsaslandırır. 
								2.2. Hüquqi 
								mədəniyyətə malik olduğunu nümayiş etdirir. 
								2.2.1. Əsas 
								insan hüquqlarını (işgəncəyə məruz qalmama, qul 
								edilməmə, yaşama, fikrini sərbəst ifadəetmə) 
								fərqləndirir. 
								2.2.2. Tarixi 
								hadisələrin, faktların və ədəbi əsərlərin 
								nümunəsində insan hüquqlarının pozulmasına dair 
								təqdimatlar hazırlayır. 
								2.3. İqtisadi 
								bilik və bacarıqlara yiyələndiyini nümayiş 
								etdirir. 
								2.3.1. 
								İstehsal infrastrukturlarına (maliyyə, vergi, 
								sığorta) dair təqdimatlar hazırlayır.  
								3. 
								Mənəviyyat 
								Şagird: 
								3.1. Ünsiyyət 
								mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								3.1.1. 
								İnsanlararası münasibətlərdə ümumi cəhətlərin 
								əhəmiyyətini dəyərləndirir. 
								3.2. İnsan 
								mənəviyyatını formalaşdıran amillərə dair bilik 
								və bacarıqlar nümayiş etdirir. 
								3.2.1. İnsan 
								mənəviyyatının formalaşmasında vəzifə və 
								məsuliyyətin əhəmiyyətini dəyərləndirir. 
								3.2.2. Vətən 
								və dövlət qarşısında mənəvi borcunu dərk 
								etdiyini nümayiş etdirir. 
								3.3. 
								Mənəviyyatın formalaşmasında dinin rolunu 
								dəyərləndirir. 
								3.3.1. 
								Cəmiyyətdə birgəyaşayış qaydalarının 
								formalaşmasında dini-əxlaqi dəyərlərin rolunu 
								qiymətləndirir./  
								4. 
								Sağlamlıq və təhlükəsizlik 
								Şagird: 
								4.1. Sağlam 
								həyat tərzinə dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								4.1.1. 
								Reproduktiv sağlamlığın qorunmasını sağlam həyat 
								tərzinin əsas şərti kimi dəyərləndirir. 
								4.2. Məişətdə 
								və ictimai yerlərdə təhlükəsiz davranış 
								qaydalarına dair bilik və  bacarıqlar nümayiş 
								etdirir. 
								4.2.1. 
								Təhlükəsiz davranış qaydalarına əməl etdiyini 
								konkret situasiyalarda nümayiş etdirir. 
								4.2.2. Konkret 
								situasiyalarda yol hərəkəti qaydalarından 
								istifadə edir. 
								4.3. Fövqəladə 
								hallarla bağlı bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								4.3.1. 
								Fövqəladə halların nəticələrinin aradan 
								qaldırılmasında birgəfəaliyyət bacarıqları 
								nümayiş etdirir. 
								  
								
								
								IX SİNİF 
								
								
								  
								
								
								IX sinfin sonunda şagird: 
								
									- 
									
 dünyanın 
									dərk olunmasında elmi və dini dünyagörüşləri 
									təhlil edir;  
									- 
									
 qlobal 
									ekoloji problemlərin həllinə dair təqdimat 
									və layihələr hazırlayır;  
									- 
									
 insanın 
									sosial proseslərdə iştirakını, vətəndaş 
									cəmiyyətinin formalaşması və inkişafında 
									demokratik dəyərlərin rolunu qiymətləndirir;  
									- 
									
 beynəlxalq 
									və milli hüquqi sənədlərin əlaqəsinə dair 
									təqdimatlar hazırlayır;  
									- 
									
 iqtisadi 
									səmərəliliyə dair kiçik layihələr qurur və 
									təqdim edir;  
									- 
									
 mədəniyyətlərarası 
									münasibətlərdə və müxtəlif dinlərə 
									münasibətdə tolerantlıq nümayiş etdirir;  
									- 
									
 bəşəriyyət 
									qarşısında mənəvi borcunu dərk etdiyini 
									nümayiş etdirir;  
									- 
									
 sağlam 
									ailənin qurulmasında sağlam həyat tərzinin 
									əhəmiyyətini dəyərləndirir;  
									- 
									
 təhlükəsiz 
									davranış qaydalarına əməl etdiyini konkret 
									situasiyalarda nümayiş etdirir;  
									- 
									
 yol 
									hərəkətinə dair davranış mədəniyyəti nümayiş 
									etdirir;  
									- 
									
 fövqəladə 
									hadisələrin nəticələrinin aradan 
									qaldırılmasına dair layihələr hazırlayır.   
								 
								
								
								Məzmun xətləri üzrə əsas və alt-standartlar  
								1. Təbiət 
								və biz 
								Şagird: 
								1.1.         
								Varlıq və hadisələrə, onların qarşılıqlı 
								əlaqəsinə dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								1.1.1. 
								Dünyanın dərk olunmasında elmi və dini 
								dünyagörüşləri təhlil edir. 
								1.2.         
								Ekoloji tarazlığın qorunmasına dair bilik və 
								bacarıqlar nümayiş etdirir. 
								1.2.1. Qlobal 
								ekoloji problemlərin həllinə dair təqdimat və 
								layihələr hazırlayır.  
								2. Fərd və 
								cəmiyyət 
								Şagird: 
								2.1. 
								Cəmiyyətin sosial mahiyyətinə və idarəetmə 
								formalarına dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								2.1.1. İnsanın 
								sosial proseslərdə iştirakını dəyərləndirir. 
								2.1.2. 
								Vətəndaş cəmiyyətinin formalaşması və 
								inkişafında demokratik dəyərlərin rolunu 
								qiymətləndirir. 
								2.2. Hüquqi 
								mədəniyyətə malik olduğunu nümayiş etdirir. 
								2.2.1. Əsas 
								insan hüquqlarının beynəlxalq hüquq normalarında 
								təsbit olunduğunu əsaslandırır. 
								2.2.2. 
								Beynəlxalq və Milli hüquqi sənə 
								dlərin 
								əlaqəsinə dair təqdimatlar hazırlayır. 
								2.3. İqtisadi 
								bilik və bacarıqlara yiyələndiyini nümayiş 
								etdirir. 
								2.3.1. 
								İqtisadi səmərəliliyə dair kiçik layihələr 
								hazırlayır və təqdim edir.  
								3. 
								Mənəviyyat 
								Şagird: 
								3.1. Ünsiyyət 
								mədəniyyətinə dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								3.1.1. 
								Mədəniyyətlərarası münasibətlərdə tolerantlıq 
								nümayiş etdirir. 
								3.2. İnsan 
								mənəviyyatını formalaşdıran amillərə dair bilik 
								və bacarıqlar nümayiş etdirir. 
								3.2.1. 
								Mədəniyyətlərarası münasibətlərdə əxlaq və 
								davranış normalarının ümumbəşəri əhəmiyyətini 
								dəyərləndirir. 
								3.2.2. 
								Bəşəriyyət qarşısında mənəvi borcunu dərk 
								etdiyini nümayiş etdirir. 
								3.3. 
								Mənəviyyatın formalaşmasında dinin rolunu 
								dəyərləndirir. 
								3.3.1. 
								Müxtəlif dinlərə münasibətdə tolerantlıq nümayiş 
								etdirir.  
								4. 
								Sağlamlıq və təhlükəsizlik 
								Şagird: 
								4.1. Sağlam 
								həyat tərzinə dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								4.1.1. Sağlam 
								ailənin qurulmasında sağlam həyat tərzinin 
								əhəmiyyətini dəyərləndirir.  
								4.2. Məişətdə 
								və ictimai yerlərdə təhlükəsiz davranış 
								qaydalarına dair bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								4.2.1. 
								Məişətdə və ictimai yerlərdə təhlükəsiz davranış 
								qaydalarından istifadəyə dair təqdimatlar 
								hazırlayır. 
								4.2.2. Yol 
								hərəkətinə dair davranış mədəniyyəti nümayiş 
								etdirir. 
								4.3. Fövqəladə 
								hallarla bağlı bilik və bacarıqlar nümayiş 
								etdirir. 
								4.3.1. 
								Fövqəladə hadisələrin nəticələrinin aradan 
								qaldırılmasına dair layihələr hazırlayır.  
								
								
								
								(Ardı var)  |