| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		Şagirdlər İKT 
		biliklərini artırırlar  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 
								 Bakıdakı 
								14 nömrəli orta məktəbdə İKT-nin tətbiqi  
								vəziyyəti 2010-2011-ci tədris ilində xeyli 
								yaxşılaşıb. Direktor Hürzad Verdizadə bildirdi 
								ki, məktəb İnternetə  qoşulub və özünün xüsusi  
								elektron ünvanı var. Həmçinin təhsil ocağında 
								müasir tələblərə cavab verən iki informatika 
								otağı yaradılıb, həmin otaqlarda 28  kompüter 
								quraşdırılıb.   İnformatika müəllimləri  təlimin 
								yeni texnologiyalarından istifadə etməklə    
								dərslərini maraqlı qururlar. Şagirdlər 
								müəllimlərinin köməyi   nəticəsində İKT-nin 
								sirlərinə dərindən yiyələnirlər.   Müəllimlərdən 
								İradə Həsənova, Səadət Mirzəyeva və Aygül 
								Bəylərova  informatika   dərslərində müxtəlif 
								təcrübələrin nümayişinə, proqramda nəzərdə 
								tutulan praktik işlərin şagirdlər tərəfindən 
								yerinə yetirilməsinə xüsusi fikir verirlər. 
								55  nömrəli 
								orta məktəbin direktoru Vahid Dəmirov da 
								bildirdi ki, hazırda rəhbərlik etdiyi təhsil 
								ocağında İKT-nin tətbiqi səviyyəsinin yüksəlməsi 
								diqqət mərkəzində saxlanılır. İnternetə qoşulan 
								məktəbdə 2 informatika kabineti fəaliyyət 
								göstərir. Müəllim və şagirdlər burada yaradılan 
								şəraitdən səmərəli istifadə edirlər. I-XI 
								siniflərdə dərs deyən informatika 
								müəllimlərindən Elmira Fərzullayeva  və Güllər 
								Məmmədva İKT vasitəsilə interaktiv təlim 
								metodlarından bacarıqla istifadə edir, 
								dərslərini yüksək səviyyədə keçirlər. Şagirdlər 
								də verilən tapşırıqları vaxtında  və keyfiyyətlə 
								yerinə yetirə bilirlər. 
								
								
								Ş.DAYANDUROĞLU  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |