| 
								 Volqoqrad 
								vilayətinin Voljski şəhərində Rusiyada ilk Uşaq 
								Universiteti açılıb. Burada 8-dən 12 yaşınadək 
								uşaqlar təhsil ala bilər. Yeniyetmə tələbələrə 
								mühazirələri Voljski Humanitar İnstitutunun 
								müəllimləri oxuyacaqlar. Universitet öz 
								qapılarını ən kiçik tələbələrə "Elm təkcə 
								mürəkkəb deyil, həm də çox maraqlıdır" devizi 
								altında açıb. Hələlik məşğələlər ayda bir dəfə, 
								oyun formasında və hərəsi 30 dəqiqədən çox 
								olmamaqla keçiriləcək. 
								Layihənin 
								müəllifi hüquq elmləri doktoru, Voljski 
								Humanitar İnstitutunun elmi işlər üzrə direktor 
								müavini Valeri Alekseyeviç Letyayevdir. Onun 
								sözlərinə görə, universitetə maraq böyükdür. 
								Nəticədə qürur doğuran tələbə adını 180 kiçik 
								voljskili daşıyacaq.  
								
								
								"Uçitelskaya qazeta"dan 
								
								 
								hazırladı: Yusif ƏLİYEV  |