| 
								 Müasir  tədris 
								sistemində informasiya texnologiyaları o qədər  
								geniş tətbiq olunur ki, artıq onların zəruri 
								olması şübhə doğurmur.  Hazırda demək olar ki, 
								hətta kənd məktəblərində də dərslərin kompüter 
								və multimedia proyektorun köməyi ilə keçirilməsi 
								adi hala dönüb. Lakin vaxt keçdikcə daha yeni 
								informasiya-kommunikasiya texnologiyaları 
								yaranır,  inkişaf edir,  mükəmməlləşir. Təbii 
								ki, məktəb bütün bu proseslərdən kənarda qala 
								bilməz. Artıq məktəbin gündəlik praktik 
								həyatında interaktiv avadanlıqlar, elektron 
								lövhələr tətbiq olunmaqdadır ki, bu da qısa 
								müddət ərzində təlim-tədris prosesinin ayrılmaz 
								hissəsinə çevrilib.  
								2009-cu ilin 
								yanvarında Azərbaycan Respublikası Təhsil 
								Nazirliyinin dəstəyi ilə MİMİO Treninq mərkəzi 
								yaradılmışdır. Mərkəzin təlimçiləri müəllimlərə 
								tədris prosesində ABŞ istehsalı olan MİMİO XI 
								interaktiv qurğularından istifadəni öyrədir. Bu 
								müddət ərzində yüzlərlə orta məktəb müəllimi 
								"MİMİO XI interaktiv lövhə ilə tədris"  
								məşğələlərində iştirak edərək təlim kursunu 
								bitirib.  
								Treninq 
								iştirakçıları qısa zamanda MİMİO interaktiv 
								qurğusunun geniş imkanlarına -  obyektlərin 
								seçilməsi, təsvirin üzərində qeydlərin 
								aparılması, əlyazma mətninin tanınması, 
								hazırlanmış işin fayl şəklində kompüterin 
								yaddaşında saxlanması və lazım olan vaxt nümayiş 
								etdirilməsi və s. yiyələnirlər. MİMİO 
								proqramında interaktiv dərslər və interaktiv 
								tapşırıqlar hazırlayır, bu dərsləri geniş 
								auditoriya qarşısında münsiflərə nümayiş 
								etdirirlər. Nəticədə belə treninqlərin təşkili 
								müəllimlərin yaradıcılıq potensialının üzə 
								çıxmasına, dərslərinin keyfiyyətinin 
								yüksəlməsinə səbəb olur. Treninqin iştirakçıları 
								interaktiv üsullarla tədris olunan dərslərin 
								şagirdlər tərəfindən asan mənimsənildiyini, ən 
								əsası isə dərs müddətindən daha  səmərəli 
								istifadə olunduğunu  qeyd edirlər. 
								Beləliklə, bu 
								treninqlərin keçirilməsində əsas məqsəd 
								interaktiv qurğuların təlimdə daha səmərəli 
								istifadəsini təmin etməkdir.  Bununla bərabər, 
								Təlim Mərkəzində interaktiv qurğuların  
								tətbiqinin təkmilləşdirilməsi metodikası ilə 
								bağlı daimi iş aparılır. Bu iş iki istiqamətdə 
								gedir. 
								Dərslərdə 
								hazır tədris multimedia proqramları, tədris 
								CD-ləri, web-resurslar, müəllif materiallardan 
								istifadə edərək müəllimlər interaktiv tapşırıq 
								və testlər, elektron plakat və digər rəqəmsal 
								tədris vəsaitləri hazırlayırlar. Daha peşəkar və 
								təcrübəli müəllimlər isə metodik vəsaitlər və 
								elektron dərsliklər, interaktiv testlər, 
								ensiklopediya və tədris proqramları üzərində 
								işləyirlər. Bir çox müəllimlər bu işə şagirdləri 
								də cəlb edirlər. Bu müştərək iş, əməkdaşlıq  və 
								ideya mübadiləsi  mühüm əhəmiyyət kəsb edir.
								 
								MİMİO üzrə 
								təlim kursları və təşkil olunan praktik 
								seminarlar  müəllimlərin böyük marağına səbəb 
								olmuşdur. İnteraktiv qurğuların təlimdə tətbiqi 
								dərslərin keyfiyyətini artırır, ümumilikdə  
								müəllim və şagirdin təhsilalma və öyrətmə 
								imkanlarını yeniləyərək  artırır.  
								Müəllimlər 
								tərəfindən tərtib olunmuş bütün dərslər Təlim 
								Mərkəzinin elektron kitabxanasında saxlanılır, 
								eləcə də 
								
								www.mimio.az və
								
								
								www.edu.mimio.az
								saytlarında yerləşdirilir və digər 
								müəllimlərə onlardan istifadə etmək imkanı 
								verir. Öz əməkdaşlarının dərslərini izləmək üçün 
								yalnız saytda qeydiyyatdan keçmək və ərizə 
								formasını doldurmaq yetərlidir. Layihələr 
								mütəmadi olaraq yenilənir, yeni dərslər əlavə 
								olunur, sayı artır və müəllimlər onların yaşayış 
								yerlərindən asılı olmayaraq başqa müəlliflərin 
								hazırladığı işlərlə tanış olub onlardan öz 
								dərslərində istifadə edə bilərlər. Beləliklə, 
								hazır interaktiv dərslər və tapşırıqlardan 
								ibarət resurs  bazası zənginləşir və bununla da 
								MİMİO interaktiv qurğusundan aktiv  şəkildə 
								istifadə edən müəllim "ordu"sunun sayı artır. 
								Azərbaycan dili və ədəbiyyat, Azərbaycan tarixi, 
								Azərbaycan coğrafiyası kimi fənlərə xüsusi 
								diqqət yetirilir, çünki bu fənlər üzrə elektron 
								resursların sayı çox azdır. Öyrətməkdən savayı, 
								MİMİO kursları fərqli-fərqli məktəb və 
								regionlardan olan müəllimlər arasında əlaqə 
								yaratmaq, fikirləri və ideyaları paylaşmaq 
								imkanı yaradır və bu əməkdaşlıq çox vacibdır. 
								Praktiki problemlərin həlli ilə yanaşı, MİMİO 
								Treninq Mərkəzi başqa müəllimlərin yaradıcılıq 
								imkanlarını inkişaf etdirir, onlar arasında 
								fikir, təcrübə və ideya mübadiləsinə təkan 
								verir.  
								
								
								Roza QASIMOVA, 
								Bakıdakı 225 nömrəli məktəbin informatika 
								müəllimi  | 
								  |