| 
								 Bakıdakı 229 
								nömrəli orta məktəbdə 8 Mart Beynəlxalq Qadınlar 
								Günü münasibəti ilə tədbir keçirildi.  
								 
								Tədbiri giriş 
								sözü ilə məktəbin direktoru Fəridə Bağırova 
								açaraq bildirdi ki,  cəmiyyətimizin inkişafında 
								qadınların rolu əvəzsizdir. Qeyd olundu ki, 
								humanizm, insanpərvərlik, vətənpərvərlik 
								Azərbaycan qadınını daim səciyyələndirmişdir.  
								Azərbaycan qadını tarixin bütün mərhələlərində 
								nəyə qadir olduğunu sübuta yetirmişdir. İstər 
								elm, təhsil, mədəniyyət , istərsə də səhiyyə 
								ocaqlarında öz vəzifələrinin öhdəsindən uğurla 
								gələn qadınlarımıza dövlətimiz tərəfindən həmişə 
								diqqət və qayğı göstərilir. 
								Tədbirin 
								aparıcıları vurğuladılar ki,  Azərbaycan 
								qadınının mərdliyi, dözümlülüyü, səmimiyyəti, 
								paklıq və səadəti, vəfa və isməti ən ali dəyər 
								kimi həmişə qiymətləndirilib. Ümummilli 
								liderimiz Azərbaycan qadınları haqqında 
								demişdir: "Mən bütün fəaliyyətimdə həmişə 
								qadınlara arxalanmışam, onları özümün dayağı 
								hesab etmişəm".  
								Məktəbin 
								şagirdləri  8 Mart Beynəlxalq Qadınlar Gününə 
								aid şeirlərlə, mahnılarla, səhnəciklərlə həmin 
								günü unudulmaz xatirəyə çevirdilər.  Çıxış 
								edənlər bu gün münasibəti ilə bütün Azərbaycan 
								qadınlarını təbrik etdilər, onların ünvanına xoş 
								sözlər dedilər.   
								
								
								R.RAMAZANOĞLU  | 
								  |