| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		Şagirdlər İKT-ni həvəslə 
		öyrənirlər  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 Bakının Nəsimi 
								rayonunda yerləşən  35  nömrəli orta məktəbdə  
								İKT-nin tətbiqi vəziyyəti 2010-2011-ci tədris 
								ilində xeyli yaxşılaşıb. Məktəbin direktoru Rəna 
								Naibova bildirdi ki, təhsil ocağı bir neçə ildir 
								İnternetə qoşulub və özünün xüsusi elektron 
								ünvanı var. Məktəbdə müasir tələblərə cavab 
								verən iki kompüter otağı fəaliyyət göstərir. 
								Otaqlarda 40  kompüter, 1 noutbuk, 1 proyektor 
								quraşdırılıb. Müəllim və şagirdlər burada 
								yaradılan şəraitdən  səmərəli istifadə edirlər.  
								İnformatika müəllimləri təlimin yeni 
								texnologiyalarından istifadə etməklə dərsləri 
								daha maraqlı keçirlər.  Şagirdlər müəllimlərin  
								köməyi ilə İKT-nin sirlərini dərindən 
								mənimsəyirlər.  Müəllimlərdən Cəlalə Orucova, 
								Gülnar Novruzova, Məhbubə Kərimova  informatika 
								dərslərində müxtəlif təcrübələrdən istifadə 
								etməklə proqramda nəzərdə tutulan praktik 
								işlərin şagirdlər tərəfindən yerinə 
								yetirilməsinə xüsusi fikir verirlər. Qeyd edək 
								ki,  informatika müəllimi Cəlalə Orucova 
								"Təhsildə İKT-nin tətbiqi -bilik, təcrübə, 
								texnologiya" müsabiqəsinin və sərgisinin 
								qalibidir. Təhsil ocağında  Azərbaycan tarixi, 
								fizika, kimya, biologiya fənləri üzrə keçilən 
								dəsrlərdə elektron dərsliklərdən istifadəyə 
								geniş yer verilir.   
								
								
								Rəşad ZİYADOV  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |