| 
								 Bakıdakı 47 
								nömrəli orta məktəbdə təlimin səviyyəsini 
								artırmaq məqsədi ilə "açıq dərs"lərin təşkilinə 
								və həyata keçirilməsinə  geniş yer verilir. Hər 
								həftə siniflər üzrə  müəllimlərin "açıq 
								dərs"ləri keçilir və pedaqoji kollektivdə geniş  
								müzakirə olunur.  
								Məktəbin 
								direktoru Aytən Bağırova bildirdi  ki, təhsil 
								ocağında müəllimlər yaradıcı fəaliyyət göstərir, 
								qabaqcıl təcrübəni öyrənmək, "açıq dərs"lər 
								həftəsi keçirməklə, metodbirləşmə iclaslarında, 
								elmi-metodik seminarlarda geniş fikir mübadiləsi 
								aparmaqla bir-birindən öyrənir, qarşıya çıxan 
								problemləri aradan qaldırırlar. 
								Hazırda  
								məktəbdə "açıq dərs"lər həftəsi davam edir.  Bu 
								işin yekun mərhələsində   məktəb üzrə qalib 
								olan  sinfin mükafatlandırılması  da  nəzərdə 
								tutulub.  
								
								
								Şakir CƏFƏROV   |