| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		"Microband" teatr 
		qrupunun maraqlı musiqi proqramı  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 
								 Martın 
								9-da Azərbaycan Dillər Universitetində 
								İtaliyanın "Microband" teatr qrupu musiqi 
								proqramı ilə çıxış etdi.  Tədbirdə universitetin 
								professor-müəllim heyəti və tələbələrlə yanaşı, 
								İtaliyanın Azərbaycandakı fövqəladə və 
								səlahiyyətli səfiri Mario Baldi də iştirak 
								edirdi.  Proqramdan öncə ADU-nun prorektoru, 
								dosent Jalə Qəribova "Microband" teatr qrupu 
								haqqında məlumat verdi.  Prorektor "Microband" 
								teatr qrupunun aktyorları   Luka Domensial və 
								Danilo Maggionun qeyri-adi ifa tərzinə və 
								aktyorluq bacarığına malik olduqlarını qeyd 
								etdi. O, musiqi proqramının təşkilinə görə 
								İtaliyanın Azərbaycandakı səfirliyinə 
								minnətdarlığını bildirdi. İtaliyanın 
								Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri 
								Mario Baldi isə çıxışında İtaliyanın qədim 
								sivilizasiya beşiyi olduğunu vurğuladı.  Bu il 
								İtaliyanın birləşdirilməsinin 150-ci ildönümünün 
								qeyd edildiyini  deyən diplomat bununla bağlı 
								mədəni fəaliyyət proqramının həyata 
								keçirildiyini dedi. Bu proqramın bir başlanğıc 
								olduğunu bildirən M.Baldi  musiqi proqramının 
								nümayişinə şərait yaratdığına görə ADU-ya  öz 
								təşəkkürünü bildirdi. 
								Sonra 
								"Microband" teatr qrupunun aktyorları Luka 
								Domensial və Danilo Maggion 70 dəqiqəlik 
								proqramla çıxış etdilər. Gənc tamaşaçılara uyğun 
								səs və mimikadan istifadə etməklə heyrətli 
								musiqi interpretasiyası həyata keçirən komik 
								cütlüyün çıxışı tamaşaçılar tərəfindən maraqla 
								qarşılandı.  
								Proqramda  
								Rossinidən Astro Piatsolaya, Albano və Rominadan 
								tutmuş Paolo Konteyə qədər çeşidli italyan 
								musiqisindən istifadə olundu.  
								
								
								Şakir CƏFƏROV  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |