| 
								 
								Beyləqan rayonu ərazisində xocavəndli məcburi 
								köçkünlər üçün salınmış qəsəbənin mədəniyyət 
								evində Azərbaycan Prezidenti Administrasiyasının 
								rəhbəri, akademik Ramiz Mehdiyevin "Gorus-2010: 
								absurd teatrı mövsümü" kitabına həsr olunmuş 
								elmi-praktik konfrans keçirilmişdir.  
								
								Xocavənd Rayon İcra Hakimiyyətinin ictimai 
								təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin 
								müdiri Şaiq Aslanov akademik Ramiz Mehdiyevin bu 
								kitabının ermənilərin ideoloji təbliğatına ağır 
								zərbə vurduğunu qeyd etmiş və əsəri təhlil 
								edərək onun əsas xüsusiyyətlərini iştirakçıların 
								diqqətinə çatdırmışdır. Natiq bu nəşrin 
								Ermənistan prezidenti Serj Sarkisyanın Gorusda 
								jurnalistlər qarşısındakı bəyanatına, xüsusən də 
								erməni tarixi ilə bağlı uydurmalara, 
								düşmənlərimizin yalan və saxtakarlıqlarına 
								tutarlı cavab olduğunu vurğulamışdır. 
								 
								
								Rayon icra hakimiyyətinin başçısı Eyvaz Hüseynov 
								bildirmişdir ki, akademik Ramiz Mehdiyevin 
								kitabı növbəti erməni riyakarlığına cavab 
								verməklə yanaşı, eyni zamanda çoxsaylı tarixi 
								faktları özündə əks etdirməsi, 
								Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 
								münaqişəsinin səbəb və nəticələrinin təhlili, 
								son 200 ildə regionda baş verən ictimai-siyasi 
								proseslərə aydınlıq gətirilməsi baxımından 
								xüsusi əhəmiyyətə malikdir. Kitabda təkcə Serj 
								Sarkisyanın erməni absurd teatrının səhnəsində 
								göstərdiyi növbəti tamaşası deyil, həmçinin 
								erməni ideoloqlarının və "tarixçilərinin" tarixi 
								saxtalaşdırmaq, beynəlxalq ictimaiyyəti uydurma 
								və yalanlarla çaşdırmaq cəhdləri elmi dəlillərlə 
								ifşa olunmuşdur.  
								
								Müzakirələrdə çıxış edən ziyalılar və 
								ictimaiyyətin nümayəndələri "Gorus-2010: absurd 
								teatrı mövsümü" kitabının əhəmiyyətindən 
								danışmış, tarixi faktlarla zəngin, Azərbaycanın 
								qədim və müasir dövrünün xəritələrinin verildiyi 
								nəşrin informasiya müharibəsində erməni 
								təbliğatına sarsıdıcı zərbə olduğunu 
								vurğulamışlar.   
								
								
								
								AzərTAc  |