| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		Bakıda 
		iki uşaq bağçasının açılışı olub  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								  Martın 
								16-da Bakının Nəsimi rayonundakı  76 nömrəli 
								körpələr evi-uşaq bağçasının əsaslı təmirdən 
								sonra açılış mərasimi oldu.  Təhsil naziri Misir 
								Mərdanov  Novruz bayramı ərəfəsində   açılış 
								münasibətilə bağçanın pedaqoji kollektivini 
								təbrik etdi. Respublikada görülən bütün bu 
								işlərin ölkə başçısı İlham Əliyevin  təhsilə 
								göstərdiyi diqqət  və qayğısı nəticəsində mümkün 
								olduğunu bildirdi. Sonra nazir Misir Mərdanov, 
								Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı  Nəsib 
								Məhəməliyev, Bakı Şəhəri üzrə  Təhsil İdarəsinin 
								müdiri Nailə Rzaquliyeva və digər rəsmi şəxslər   
								bağçanın məktəbə hazırlıq, musiqi, yataq, 
								kompüter  otaqlarına baxdılar, görülmüş işlərdən 
								razılıq ifadə olundu.  
								
								Həmin gün Bakının Xətai rayonunda da 288 nömrəli 
								körpələr evi-uşaq bağçasının əsaslı təmirdən 
								sonra açılışı  oldu.  Təhsil naziri  Misir 
								Mərdanov uşaqları və onların valideynlərini  
								Novruz bayramı münasibətilə təbrik etdi. Sonra  
								nazir  bağçanın bütün otaqlarını gəzdi və   onun   
								təmirində zəhməti olan adamların əməyini yüksək 
								qiymətləndirdi.     
								  
								
								
								
								Şakir CƏFƏROV  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |