| 
								 
								Bakının Xətai rayonunda yerləşən  Ə.Abbasov 
								adına 257 nömrəli orta məktəbdə   "Fənn 
								kurikulumlarının tətbiqi" mövzusunda 
								elmi-praktik konfrans keçirildi. Konfransda  
								Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri 
								Pənah İmanov, Xətai Rayon Gənclər və İdman 
								İdarəsinin rəisi Əfqan Rzayev, Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsi  Metodik Mərkəzinin 
								Xətai-Suraxanı bölməsinin rəhbəri Firduz Əhmədov,  
								məktəb direktorları, müəllimlər, KİV 
								nümayəndələri iştirak edirdilər.  
								
								Əvvəlcə tədbir iştirakçıları məktəbin akt 
								zalında  təhsil ocağının əldə etdiyi uğurlar 
								barədə hazırlanmış stendlə  tanış oldular. 
								Direktor Q.Qaratov qonaqları pedaqoji 
								kollektivlə tanış etdi və keçirilən "açıq 
								dərs"lər barədə məlumat verdi.  Bildirildi ki, 
								məktəbdə mütəmadi keçirilən "açıq dərs"lərdə 
								informasiya-kommunikasiya texnologiyalarından 
								geniş şəkildə istifadə olunur.  
								
								Təkcə fevral ayı ərzində məktəbdə İKT-dən 
								istifadə edilməklə  29 "açıq dərs" keçirilmişdir. 
								İKT-nin tətbiqi ilə keçirilən "açıq dərs" və 
								tədbirlərin hazırlanmasında   informatika 
								müəllimi Sədaqət Veysovanın əməyi böyükdür. 
								Məktəbin tarix müəllimi Səbinə Məmmədovanın IX 
								"a", Azərbaycan dili və ədəbiyyat müəllimi Gülər 
								Quluyevanın X "a",  riyaziyyat müəllimi Sevil 
								Abilovanın X "d" siniflərində və digər 
								müəllimlərin "açıq dərs"ləri maraqla dinlənilib.
								 
								
								Tədbirin proqramına uyğun olaraq keçirilən "açıq 
								dərs"lər  müzakirə edildi. Tədbir iştirakçıları  
								məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi 
								Arzu Hüseynovanın IX "a" sinfində "Səməd 
								Vurğunun həyat və yaradıcılığı" mövzusunda 
								keçdiyi "açıq dərs"lə tanış oldular.  
								
								Müzakirələrdə dərslərin kurikulumun tələblərinə 
								uyğun keçdiyi, müəllimlərin müasir təlim metod 
								və resurslarından səmərəli istifadə etdikləri  
								vurğulandı.    
								
								
								
								Rəşad ZİYADOV   |