| 
								 
								 Martın 
								11-də   Azərbaycan Respublikasının Prezidenti 
								İlham Əliyevin Azərbaycanın müstəqilliyini bərpa 
								etməsinin 20-ci  ildönümünün qeyd olunması ilə 
								bağlı imzaladığı sərəncama əsasən Bakıdakı 9 
								nömrəli orta  məktəbdə "Doğma diyarım mənim" 
								adlı tədbir keçirildi. Tədbirdə  Nəsimi Rayon 
								İcra Hakimiyyətinin, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsinin nümayəndələri, Bakıdakı 54, 111, 144, 
								240, 266 nömrəli orta məktəblərin direktorları, 
								şagirdlər və müəllimlər  iştirak edirdilər. 
								Tədbirin əvvəlində Azərbaycanın Dövlət himni 
								səsləndi.  Tədbirdə məktəbin direktoru Zinyət 
								Əhmədova Azərbaycanın müstəqillik illərinə nəzər 
								salaraq tarixi xronologiyanı diqqətə  çatdırdı.
								 
								
								Qeyd edildi ki, bu gün müstəqil Azərbaycanın 
								vətəndaşı olmaqla hər birimiz qürur duyuruq. 
								Unutmamalıyıq ki, müstəqilliyi qazanmaq nə qədər  
								çətindirsə, onu qoruyub saxlamaq ondan da 
								çətindir. Çıxışlarda vurğulandı ki, ötən əsrin 
								90-cı illərinin əvvəllərində respublikada böyük 
								bir xaos, anarxiya hökm sürəndə, Azərbaycanın 
								müstəqilliyi təhlükə qarşısında qalanda xalqımız 
								ümummilli liderinə, xilaskarına arxalandı. 
								Heydər Əliyev xalqın təkidi ilə ikinci dəfə  
								hakimiyyətə gəldi və onun rəhbərliyi altında 
								Azərbaycanda qardaş qırğınına son qoyuldu.
								 
								
								Sonra tədbir iştirakçılarına  "Əsrin müqaviləsi", 
								"Dədə Qorqud" və "Koroğlu" filmlərindən 
								fraqmentlər nümayiş etdirildi.Şagirdlərdən Həmid 
								Zeynallı, Vüsal Bayramov, Aygün Babayeva və 
								başqaları Tofiq Bayramın "Azərbaycan deyəndə", 
								Məmməd Arazın "Azərbaycan - dünyam mənim", "Ayağa 
								dur, Azərbaycan!" şeirlərindən parçalar 
								söylədilər və ədəbi-bədii kompozisiya göstərildi. 
								  
								
								
								
								Şakir CƏFƏROV  | 
								  |