| 
								 
								Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Qafqaz 
								və Mərkəzi Asiya ölkələri üzrə proqram rəhbəri 
								Manja Hussner Azərbaycan Dillər Universitetinin 
								alman dili fakültəsinin dekanı, dosent Ulduz 
								Aslanova ilə görüşüb.  Görüşdə bir sıra maraq 
								doğuran məsələlər, o cümlədən DAAD ilə 
								əməkdaşlıq məsələləri müzakirə olunub.  
								Çalışdığı təşkilatın fəaliyyətindən danışan 
								Manja Hussner bildirib ki, DAAD xaricdə alman 
								universitetlərini təmsil edir və 20 ildən 
								artıqdır ki, fəaliyyət göstərir.  Təşkilatın 
								müxtəlif ölkələrdə 14 nümayəndəliyinin olduğunu 
								deyən proqram rəhbəri, bununla yanaşı  50-yə 
								yaxın IC-Lektoratlıq və ümumilikdə 400-dən artıq 
								lektorun bütün dünya üzrə sıx əməkdaşlıq 
								şəbəkəsi təşkil etdiyini sözlərinə əlavə edib. 
								 
								
								Azərbaycanda yerli lektoratlıq kimi 1997-ci ildə 
								fəaliyyətə başlayan təşkilatın nümayəndəliyi 
								2004-cü ildən Bakı Məlumat Mərkəzinə çevrilib. 
								Onun sözlərinə görə, təşkilat  dil kursu, təhsil, 
								gənc aspirantlar və elmi işçilər üçün, eləcə də  
								elmi dərəcəli ali məktəb müəllimləri üçün 
								tədqiqat təqaüdləri təklif edir.  İndiyədək 
								Azərbaycanda təşkilatın maliyyələşdirdiyi  
								proqramlardan 70 nəfər yararlanıb.  Bununla 
								yanaşı, Azərbaycan hökumətinin ayırdığı maliyyə 
								vəsaiti hesabına 50 nəfər bu proqramlarda 
								iştirak edib.  M.Hussner qeyd edib ki, DAAD 
								əsasən tibb, təbiət, eləcə də son iki ildə 
								iqtisadiyyat elmləri istiqamətində aparılan 
								tədqiqatlara üstünlük verir.   
								
								Almaniyalı qonaq ADU ilə  alman universitetləri 
								arasında qarşılıqlı əlaqələrin yaradılmasına 
								yardım göstərəcəyini diqqətə çatdırıb. Proqram 
								rəhbəri DAAD-ın bir sıra yeni proqramlar 
								istiqamətində Azərbaycan universitetləri, 
								xüsusən də ADU ilə  əməkdaşlıqda maraqlı 
								olduqlarını vurğulayıb. Təşkilat tərəfindən  
								doktorluq işinin müdafiəsi üçün qısamüddətli 
								təqaüd (1-3 ay), bakalavr və magistrlər üçün 3 
								aylıq yekun təqaüd proqramlarının həyata 
								keçirildiyini söyləyib. Qonaq ADU müəllimlərinin 
								elmi məqalələrinin ölkəsində çap edilməsində 
								münbit şəraitin yaradılmasında imkanlarını 
								əsirgəməyəcəyini önə çəkib.  
								
								Alman dili fakültəsinin dekanı Ulduz Asla 
								
								nova isə ADU ilə Almaniya universitetləri 
								arasında mövcud əməkdaşlıq proqramlarından 
								danışıb. Dekan  universitetin koordinatoru 
								olduğu TEMPUS layihəsi çərçivəsində Leypsiq 
								Universiteti ilə sıx əlaqələrin qurulduğunu 
								deyib. Eyni zamanda ADU Frayburq universiteti 
								ilə də təcrübə mübadiləsi aparır.  U.Aslanova 
								DAAD ilə təklif olunan yeni təqaüd proqramları 
								çərçivəsində əməkdaşlıq etməkdə maraqlı 
								olduqlarını və bunun təşkilatla əlaqələrin 
								möhkəmlənməsində zəruri olduğunu vurğulayıb.   
								
								
								
								Şakir CƏFƏROV  |