| 
								 
								 Bakı 
								Dövlət Universitetinin yeməkxanasında Azad 
								Tələbə Həmkarlar İttifaqı Komitəsinin 
								təşkilatçılığı ilə ənənəvi Novruz şənliyi 
								keçirildi. BDU-nun rektoru, akademik Abel 
								Məhərrəmov tədbir iştirakçılarını və xalqımızı 
								bu gözəl bayram münasibətilə təbrik etdi. Bahar 
								bayramını birlik, həmrəylik, qardaşlıq rəmzi 
								kimi xarakterizə edən rektor, onun tarixi 
								əhəmiyyətindən bəhs etdi.  
								
								Prezident İlham Əliyevin rəhbərliyi altında 
								ölkəmizin gündən-günə inkişaf etdiyini söyləyən 
								rektor, Azərbaycanın reytinqinin ilbəil 
								artdığından, dünya dövlətlərinin, beynəlxalq 
								təşkilatların bütün sahələrdə gənc dövlətimizlə 
								hesablaşdığından da danışdı. Bildirdi ki, 
								tələbələr daha yaxşı oxumalı, Azərbaycanın 
								bayrağını daha da yüksəklərə qaldırmalıdırlar.
								 
								
								Sonra 17 fakültənin hər birinin böyük zövqlə 
								ərsəyə gətirdiyi Novruz səhnəsinə baxış 
								keçirildi. Fakültə dekanları və tələbələr 
								hazırladıqları səhnələr haqqında məlumat 
								verdilər. Onların hər birinin işi ilə 
								ayrı-ayrılıqda tanış olan rektor bayramlarını 
								təbrik etdi, xoş günlər arzuladı. Sonda 
								münsiflər heyətinin qərarına uyğun olaraq 
								qaliblər müəyyənləşdi.  
								
								Beləliklə, birinci yerə jurnalistika, ikinci 
								yerə digər 16 fakültə layiq görüldü. Fakültələrə 
								pul mükafatı təqdim edildi.  Qeyd edək ki, 
								jurnalistika fakültəsi ötən il də birinci yeri 
								tutmuşdu.  
								
								Tədbir konsert proqramı ilə başa çatdı.  
								
								
								
								BDU-nun Mətbuat  
								və informasiya şöbəsi  |