| 
								 
								Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir 
								filialında "Bahar çiçəkləri" adlı şifahi nitq - 
								şeir müsabiqəsi keçirilmişdir. Müsabiqədə 
								AMİ-nin Mingəçevir filialının, Mingəçevir 
								Politexnik İnstitutunun, Mingəçevir Tibb 
								Kollecinin, Mingəçevir Turizm Kollecinin 
								tələbələri, Mingəçevir şəhərinin lisey və orta 
								məktəb şagirdləri iştirak edirdilər.  
								
								Müsabiqəni giriş sözü ilə AMİ-nin Mingəçevir 
								filialının direktoru, fizika-riyaziyyat elmləri 
								doktoru, professor O. Rzayev açaraq tədbir 
								iştirakçılarını Novruz bayramı münasibəti ilə 
								təbrik edib, şeir müsabiqəsində onlara uğurlar 
								arzuladı. 
								
								Tələbə və şagirdlər Azərbaycan və dünya 
								şairlərinin müxtəlif mövzularda - Vətənə, anaya, 
								qəhrəmanlara, orduya həsr edilmiş şeirlərini 
								Azərbaycan, ingilis və rus dillərində ifadəli 
								qiraətlə söylədilər. Münsiflər heyətinin rəyinə 
								görə, AMİ-nin Mingəçevir filialının tələbələri 
								Elnarə Məmmədova, Aytən Musayeva, Təbiət 
								liseyinin şagirdi Leyla Ədalət qızı, Mingəçevir 
								Turizm Kollecinin tələbəsi Şəbnəm Mustafayeva, 
								10 nömrəli məktəbin şagirdi Murad Əbdürrəhmanov, 
								20 nömrəli məktəbin şagirdi Nərgiz Həsənova, 19 
								nömrəli məktəbin şagirdi Nigar Bayramova, 1 
								nömrəli məktəbin şagirdi Telman Feyzullayev və 
								18 nömrəli  məktəbin şagirdi Nilufər Rüstəmova 
								fəxri fərmana və I dərəcəli mükafata layiq 
								görüldülər.  
								
								
								
								Aynur DADAŞOVA,   
								AMİ-nin Mingəçevir filialının   
								Tələbə Elmi Cəmiyyətinin sədri  | 
								  |