| 
								 2011-ci ilin 
								YUNESKO tərəfindən "Beynəlxalq Kimya İli" kimi 
								qeyd olunduğunu, habelə ali təhsil 
								müəssisələrinin "Beynəlxalq Kimya İli"nin 
								keçirilməsi ilə bağlı təkliflərini nəzərə alaraq 
								  
								
								
								ƏMR EDİRƏM:  
								1. Azərbaycan 
								Respublikası Təhsil Nazirliyinin "Beynəlxalq 
								Kimya İli"nə həsr olunmuş Tədbirlər Planı təsdiq 
								edilsin  (əlavə olunur) 
								2. Ali təhsil 
								müəssisələrinin rektorları Tədbirlər Planının 
								icrasını təmin etsinlər. 
								3. 
								İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) əmrin  
								"Azərbaycan müəllimi" qəzetində dərc edilməsini 
								təmin etsin. 
								4. Ümumi şöbə 
								(H.Məmmədova) əmrin və Tədbirlər Planının 
								çoxaldılıb yerlərə çatdırılmasını təmin etsin.
								 
								5. Əmrin 
								icrasına nəzarət nazir müavini İ.Hüseynovaya 
								həvalə edilsin.  
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								17 mart 2011-ci il  |