| 
								 Azərbaycan  
								Respublikası  Nazirlər  Kabinetinin  2011-ci  
								il  9  mart  tarixli 39 nömrəli qərarını elan 
								edirəm:  
								
								
								"Azərbaycan Respublikası Nazirlər Kabineti  
								
								
								
								QƏRAR  N 39  
								
								
								
								Bakı şəhəri,  9 mart 2011-ci il  
								
								
								Büdcədən maliyyələşdirilən müəssisələrdə, 
								təşkilatlarda çalışmış, özlərindən asılı  
								olmayan səbəblərə görə iş yerindən məhrum olmuş 
								və işlə təmin olunmamış məcburi köçkünlərin 
								sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında 
								
								
								Büdcədən maliyyələşdirilən müəssisələrdə, 
								təşkilatlarda çalışmış, özlərindən asılı olmayan 
								səbəblərə görə iş yerindən məhrum olmuş və işlə 
								təmin olunmamış məcburi köçkünlərin sosial 
								müdafiəsi məqsədi ilə Azərbaycan Respublikasının 
								Nazirlər Kabineti  qərara alır: 
								
								
								1. "Büdcədən maliyyələşdirilən müəssisələrdə, 
								təşkilatlarda çalışmış və özlərindən asılı 
								olmayaraq iş yerindən məhrum olmuş məcburi 
								köçkünlərin  həyat şəraitinin yaxşılaşdırılması 
								tədbirləri haqqında" Azərbaycan Respublikası 
								Nazirlər Kabinetinin 1994-cü il 10 may tarixli 
								181 nömrəli qərarının 2-ci bəndinin müddəti 
								2012-ci il yanvarın 1-dək uzadılsın. 
								
								
								2. Azərbaycan Respublikasının Təhsil 
								Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə 
								Nazirliyinə, Azərbaycan Respublikasının 
								Mədəniyyət və Turizm Nazirliyinə, digər 
								aidiyyəti dövlət orqanlarına və əraziləri işğal 
								olunmuş rayonların icra hakimiyyətlərinə 
								tapşırılsın ki, tabeliyində olan qurumlarda 
								müvafiq boş (vakant) iş yerlərinə məcburi 
								köçkünlərin işə qəbulu ilə bağlı müvafiq 
								tədbirlərin görülməsini daha da gücləndirsinlər 
								və görülmüş işlər barədə hesabatı rübdə bir dəfə 
								Azərbaycan Respublikasının Nazirlər Kabinetinə 
								təqdim etsinlər.  
								
								
								3. Azərbaycan Respublikasının Əmək və Əhalinin 
								Sosial Müdafiəsi Nazirliyinə tapşırılsın ki, 
								məşğulluq xidməti orqanlarına müraciət etmiş 
								məcburi köçkünlərin məşğulluğu ilə bağlı 
								qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq 
								tədbirlərin həyata keçirilməsini təmin etsin. 
								
								
								4. Bu qərar 2011-ci il yanvarın 1-dən qüvvəyə 
								minir.  
								
								
								
								A.RASİZADƏ, 
								Azərbaycan Respublikasının Baş naziri" 
								
								
								Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
								göstərilən qərarının icrası ilə əlaqədar  
								
								
								
								ƏMR EDİRƏM:  
								
								1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 
								9 mart 2011-ci il tarixli 39 nömrəli qərarı 
								rəhbərlik və icra üçün qəbul edilsin. 
								
								2. Rayon (Şəhər) Təhsil Şöbələrinin, nazirliyin 
								tabeliyində olan tədris müəssisə, idarə və 
								təşkilatların rəhbərlərinə tapşırılsın: 
								
								2.1. özlərindən asılı olmayan səbəblərə görə 
								işləməyən, lakin orta aylıq əməkhaqqı alan 
								məcburi köçkünlərin müvafiq icra hakimiyyəti 
								orqanı tərəfindən təsdiq olunmuş 
								dəqiqləşdirilmiş adlı siyahılarının qısa müddət 
								ərzində Təhsil Nazirliyinə təqdim olunmasını 
								təmin etsinlər; 
								
								2.2. təhsil müəssisələrinin fəaliyyət göstərdiyi 
								ərazilərə yaxın yerlərdə məskunlaşmış və 
								işləməyən məcburi köçkünlərin boş (vakant) iş 
								yerlərinə işə qəbulu ilə bağlı müvafiq 
								tədbirlərin görülməsini və görülmüş işlər barədə 
								hesabatın rübdə bir dəfə Təhsil Nazirliyinə 
								təqdim olunmasını təmin etsinlər. 
								
								3. Strateji təhlil, planlaşdırma və kadrların 
								idarəolunması şöbəsinə (F.Qədirov) və Kənd 
								rayonları üzrə ümumi təhsil şöbəsinə (A.Əhmədov) 
								tapşırılsın: 
								
								3.1. Rayon (Şəhər) Təhsil Şöbələri, nazirliyin 
								tabeliyində olan tədris müəssisə, idarə və 
								təşkilatları tərəfindən işləməyən məcburi 
								köçkünlərin boş (vakant) iş yerlərinə işə qəbulu 
								ilə bağlı həyata keçirilən tədbirlər barədə 
								hesabatın rübdə bir dəfə Təhsil Nazirliyinə 
								təqdim olunmasına nəzarət etsinlər. 
								
								3.2. Rayon (Şəhər) Təhsil Şöbələri, nazirliyin 
								tabeliyində olan tədris müəssisə, idarə və 
								təşkilatlar tərəfindən təqdim olunmuş məlumata 
								əsasən təhsil müəssisələrində müvafiq boş 
								(vakant) iş yerlərinə məcburi köçkünlərin işə 
								qəbulu ilə bağlı görülmüş işlər barədə hesabatın 
								rübdə bir dəfə Azərbaycan Respublikasının 
								Nazirlər Kabinetinə təqdim olunmasını təmin 
								etsinlər. 
								
								4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) nazirliyin 
								tabeliyində olan təhsil müəssisələrində çalışmış 
								və özlərindən asılı olmayaraq iş yerindən məhrum 
								olmuş məcburi köçkünlərə Nazirlər Kabinetinin 
								göstərilən qərarının 1-ci bəndinə əsasən 2012-ci 
								il yanvarın 1-dək orta aylıq əməkhaqqının 
								ödənilməsini təmin etsin. 
								
								5. Ümumi şöbə (H.Məmmədova) əmrin çoxaldılaraq 
								rayon təhsil şöbələrinə və təhsil müəssisələrinə 
								çatdırılmasını təmin etsin. 
								
								6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmrin "Azərbaycan müəllimi" qəzetində dərc 
								olunmasını təmin etsin. 
								
								7. Əmrin icrasına nəzarət nazir müavini 
								İ.İsgəndərova həvalə edilsin.  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								30 mart 2011-ci il  |