| 
								 Fransanın 
								Azərbaycandakı səfirliyinin təhsil sahəsində 
								əməkdaşlıq missiyasının rəhbəri Dmitri 
								Balıttski, Avropa İttifaqı tərəfindən həyata 
								keçirilən "İNKONET EECA" beynəlxalq layihə 
								rəhbərinin müavini Kristina Mazora, Fransa Elmi 
								Araşdırmalar Mərkəzinin rəhbəri Qlviyer Maric, 
								CNRS layihəsinin əlaqələndiricisi, doktor George 
								Bonos və Azərbaycan Milli Elmlər Akademiyasının 
								beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor 
								Ədalət Həsənov Azərbaycan Texniki 
								Universitetində olmuşlar.  
								Universitetdən 
								AzərTAc-a bildirmişlər ki, görüşün məqsədi 
								Avropa İttifaqı çərçivəsində həyata keçirilən 
								elm və təhsil layihələrinin universitetdə geniş 
								təbliğ olunması məsələləri və daha çox müəllim, 
								elmi işçi, bakalavr-magistrlərin bu layihədə 
								iştirakını təmin etməkdir.  Tədbirdə qonaqlara 
								AzTU-nun elmi potensialı, maddi-texniki bazası 
								və bu ali məktəbdə yerinə yetirilmiş beynəlxalq 
								layihələr haqqında ətraflı məlumat verilmişdir.
								 
								Avropa 
								İttifaqı layihələrinin işlənməsi və təqdimatı 
								ilə bağlı AzTU-da seminar təşkil edəcəkdir.  | 
								  |