| 
								 
								Bakıdakı  258 nömrəli  orta məktəbdə "Kurikulum 
								fidanları" adlı tədbir keçirildi. İştirakçılar  
								məktəbin foyesində I, II, III sinif 
								şagirdlərinin hazırladıqları "Kurikulum bizə nə 
								verdi" stendi və əl işləri ilə tanış oldular.
								 
								
								 Sonra 
								ibtidai siniflər üzrə direktor müavini Aynur 
								Kazımova kurikulumla  keçilən dərslərin 
								şagirdlər üçün  daha maraqlı və düşündürücü 
								olmasından danışdı. Bildirdi ki, dərslərdə 
								şagirdlərlə  bərabər müəllimlərin də  müasir 
								texnologiyalardan geniş istifadə etməsi  müsbət 
								haldır.  
								
								Tədbirdə I "c" sinfi Dövlət  bayrağı və himni, I 
								"a" sinfi Ana dili, I "d" sinfi Göy qurşağı,  
								II  "ç" sinfi Azərbaycan musiqisi və II "c" 
								sinif şagirdləri Novruz bayramı  haqqında 
								iştirakçılara geniş və dolğun məlumat verdilər.   
								Onlar  vətənpərvərliyə aid  şeirlər   və 
								mahnılar  oxudular.  
								
								I "b" sinfinin şagirdləri isə Azərbaycan 
								dövlətinin qurucusu, ümummilli liderimiz Heydər  
								Əliyevdən söz açdılar. Onlar ulu öndərin 
								uşaqlara və gənc nəslə göstərdiyi diqqətdən 
								danışdılar.  
								
								Məktəbin II "c" sinif şagirdi Təranə Məmmədova 
								Vətənə aid söylədiyi şeirlərlə tədbir 
								iştirakçılarının diqqətini cəlb etdi. 
								 
								
								Tədbirin sonunda  məktəbin direktoru Sədaqət 
								Hüseynova, BŞTİ  Metodik Mərkəzinin direktor  
								müavini Sitarə Məmmədova tədbiri təşkil edən 
								şagird və pedaqoji kollektivə  
								minnətdarlıqlarını bildirdilər. 
								
								Sonda şagirdlərin ifasında tədbirə aid 
								ədəbi-bədii kompozisiya göstərildi.  
								
								
								
								RƏŞAD  |