| 
								 
								Bakıdakı 5 nömrəli tam orta məktəbdə Azərbaycan 
								Dövlət Milli Dram Teatrının aktyorları  İlham 
								Əsgərov, Firəngiz Mütəllimova və Azər Mirzəyevlə 
								görüş keçirilib.  
								
								Məktəbin direktoru Nərminə Gündüzlü bildirib 
								ki,  bu  tədbiri keçirməkdə məqsədimiz  
								məktəblilərdə milli dramaturgiyaya marağı 
								artırmaqdır. İstəyirik ki, şagirdlərimiz asudə 
								vaxtlarında  dram teatrlarına getsinlər, 
								tanınmış sənətkarlarımızın tamaşalarına 
								baxsınlar.    
								
								Məktəbdə fəaliyyət göstərən dram dərnəyi Milli 
								Dram Teatrının əməkdaşları  ilə sıx əlaqə 
								saxlayır və onlarla vaxtaşırı görüşlər keçirir. 
								Bu gün ilk dəfə olaraq milli teatrda çalışan 
								aktyorların köməyi ilə şagirdlərimiz 
								M.F.Axundovun "Hacı Qara" tamaşasını səhnədə 
								böyük məharətlə ifa etdilər. 
								
								Sonda məktəbin pedaqoji kollektivi Azərbaycanın 
								tanınmış sənətkarları ilə görüşdən məmnun 
								olduqlarını bildirib və onlarla xatirə şəkli 
								çəkdiriblər.    
								
								
								Şakir CƏFƏROV  |