| 
								 
								Qonaqları Təhsil Nazirliyində görməkdən 
								məmnunluq duyduğunu bildirən nazir Azərbaycanda 
								tədris ocaqlarının kompüter texnologiyaları ilə 
								təminatı məsələsinə xüsusi diqqət yetirildiyini, 
								məktəblərin İnternetə çıxış imkanlarının 
								artdığını və daxili şəbəkələrin İnternet 
								təhlükəsizliyinin qorunması üçün antivirus 
								proqramlarından istifadə edildiyini nəzərə 
								çatdırıb. 
								
								Rəhbərlik etdiyi qurumun İnternet təhlükəsizliyi 
								texnologiyaları üzrə ixtisaslaşdığını qeyd edən 
								"Kasperski Laboratoriya" antivirus 
								kompaniyasının baş direktoru Yevgeni Kasperski 
								kompüter viruslarına qarşı lisenziyalı 
								müdafiənin üstünlükləri haqqında fikirlərini 
								söyləyib. Müxtəlif ölkələrdə həyata keçirdikləri 
								layihələrdən söz açan qonaq "Kasperski 
								Laboratoriya"nın təqdim etdiyi xidmət növləri 
								barədə ətraflı məlumat verib və Azərbaycanda 
								ayrı-ayrı dövlət qurumları ilə əməkdaşlığın 
								yaradılmasında maraqlı olduqlarını vurğulayıb. 
								
								"Kasperski Laboratoriya" antivirus 
								kompaniyasının göstərdiyi xidmətlərin maraq 
								doğurduğunu qeyd edən Misir Mərdanov Təhsil 
								Nazirliyinin İKT üzrə müvafiq mütəxəssisləri ilə 
								müzakirələr aparılmasının gələcək əməkdaşlığa 
								müsbət təsir göstərəcəyinə inandığını bildirib. 
								Azərbaycanda məktəblərin İnternet şəbəkələrinin 
								təhlükəsizliyinin daha etibarlı təmin 
								olunmasının vacibliyini vurğulayan nazir 
								ölkəmizin orta məktəblərində bu baxımdan 
								görülmüş işlər haqqında da məlumat verib.  |