| 
								 
								Bir neçə ildir ki, Bişkekdəki Atatürk-Alatoo 
								Universiteti filologiya fakültəsində Azərbaycan 
								dili və ədəbiyyatı tədris edilir. Bu gün 
								universitetin V kurs tələbələri Azərbaycan dili 
								və ədəbiyyatından imtahan vermişlər.  
								
								Fakültənin müəllimi, filologiya elmləri 
								namizədi, dosent Ramiz Məşədihəsənli, 
								səfirliyimizin müşaviri İlqar Cabbarov, həmçinin 
								komissiyanın üzvləri imtahanın gedişindən razı 
								qalmışlar. Tələbələr Azərbaycanın tarixi, 
								ədəbiyyatı, incəsənəti, ölkəmizin dövlətçilik 
								ənənələri, azərbaycanlılara qarşı soyqırımı, 
								həmçinin şair və yazıçılarımız haqqında suallara 
								cavab vermişlər.  
								
								İmtahandan sonra Ramiz Məşədihəsənli 
								universitetin tələbələri qarşısında 
								"Azərbaycanlılara qarşı soyqırımı" mövzusunda 
								mühazirə oxumuşdur. O qeyd etmişdir ki, 1998-ci 
								il martın 26-da Azərbaycan Prezidenti Heydər 
								Əliyevin Fərmanı ilə 31 mart Azərbaycan xalqının 
								soyqırımı günü kimi tarixə düşmüşdür. Sonra o, 
								soyqırımı haqqında geniş məlumat vermiş, Quba 
								rayonunda aşkar edilmiş kütləvi məzarlıq barədə 
								danışmış, orada çəkilmiş şəkilləri tələbələrə 
								nümayiş etdirmişdir.  
								
								Sonda tələbələrin sualları cavablandırılmışdır.
								  | 
								  |