| 
								 
								 Bakı 
								Dövlət Universitetinin rektoru, akademik Abel 
								Məhərrəmov Latviyanın Azərbaycandakı fövqəladə 
								və səlahiyyətli səfiri Hardis Baumanisi qəbul 
								edib. BDU-nun yaranma və inkişaf tarixindən, 
								beynəlxalq əlaqələrindən bəhs edən rektor 
								Latviyanın ali təhsil ocaqları ilə əməkdaşlığa 
								xüsusi önəm verməsindən, universitetlərin daha 
								sıx və səmərəli fəaliyyət göstərmələri üçün 
								birgə proqram və layihələrdən, tələbə-müəllim 
								mübadiləsinin mümkünlüyündən danışıb. 
								 
								
								Latviyanın müstəqillik qazandığı vaxt 
								Azərbaycanın ilk olaraq Latviya xalqını bu 
								münasibətlə təbrik etdiyini xatırladan səfir 
								Hardis Baumanisi  Azərbaycan və Latviya 
								dövlətləri arasında sıx əlaqələrin olduğunu 
								bildirib. Latviya Dövlət Universitetinin BDU ilə 
								oxşar tarixinin olduğunu, onun da 1919-cu ildə 
								yarandığını bildirən səfir Azərbaycan 
								universitetləri, xüsusən Bakı Dövlət 
								Universiteti ilə əməkdaşlıqda maraqlı 
								olduqlarını qeyd edib. BDU-da bir sıra 
								mərkəzlərin olduğunu xatırladan rektor Abel 
								Məhərrəmov gələcəkdə Baltik Mərkəzinin də 
								açılacağını diqqətə çatdırıb.  
								
								Qeyd edək ki, bu ilin sentyabr-oktyabr aylarında 
								Latviya Dövlət Universitetinin rektoru Martsis 
								Auzenişin  BDU-ya səfəri olacaq. Səfər zamanı 
								iki universitet arasında anlaşma protokolu 
								imzalanacaq.  
								
								Qarşılıqlı maraq kəsb edən digər məsələlərin də 
								müzakirə edildiyi görüş qonağın universitetlə 
								tanış olaraq yüksək təəssüratla ayrılması ilə 
								başa çatıb.  
								
								
								
								BDU-nun Mətbuat və informasiya şöbəsi  |