| 
								 
								Bakı Biznes Universitetində 
								Tələbə Elmi Cəmiyyətinin ümummilli lider Heydər 
								Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr 
								olunmuş konfransı keçirilib. Konfransda 
								Azərbaycan Dövlət Neft Akademiyasından, Bakı 
								Dövlət, Qafqaz və Bakı Slavyan 
								universitetlərindən, Azərbaycan Müəllimlər 
								İnstitutundan müəllim və tələbələr iştirak 
								ediblər. 
								
								Konfransı Bakı Biznes  Universitetinin rektoru, 
								professor İbad Abbasov açaraq tələbələrin elmi 
								yaradıcılığına baxış olan konfransın 
								əhəmiyyətini qeyd edib, ulu öndərin ölkəmizdə 
								hakimiyyətdə olduğu bütün dövrlərdə 
								tələbə-gənclərin təhsilinə, gənc elmi kadrların 
								yetişməsinə böyük diqqət yetirdiyini vurğulayıb, 
								konfransın işinə uğurlar arzulayıb. 
								
								Konfransın plenar iclasında BBU-nun tələbəsi 
								Tacir Məmmədov, "Marketinqin inkişaf 
								perspektivləri", aspirant Rauf Abbasov "Azərbaycan 
								Respublikası qiymətli kağızlar bazarının 
								idarəedilmə mexanizmi" mövzularında məruzə 
								ediblər. 
								
								Sonra konfrans öz işini bölmələrdə  davam 
								etdirib. "İqtisadiyyat", "İnformasiya sistemləri, 
								riyaziyyat, mühasibat uçotu, audit, maliyyə və 
								kredit", "Humanitar fənlər", "Dillər" bölmələri 
								üzrə 8 seksiyada160-dək məruzə dinlənilib. 
								Konfransda Bakı Biznes Universitetinin gənc 
								tədqiqatçıları ilə bərabər digər ali təhsil 
								ocaqlarından gələn xeyli aspirant və tələbə də 
								maraqlı məruzələrlə çıxış edib. Sonda 
								fərqlənənlərə diplomlar təqdim  olunub. 
								
								
								
								*** 
								
								Bakıdakı 152 nömrəli tam orta məktəbdə 
								ümummilli lider Heydər  Əliyevin  anadan 
								olmasının 88-ci ildönümü münasibəti ilə tədbir 
								keçirildi.  
								
								Əvvəlcə tədbir iştirakçıları məktəbin foyesində 
								ulu öndərin həyat və fəaliyyətinin bəzi 
								məqamlarını əks etdirən fotolardan ibarət sərgi 
								ilə tanış oldular.  
								
								Şagirdlərin ifasında Dövlət himninin səslənməsi 
								ilə başlanan tədbiri giriş sözü ilə açan 
								direktor Gülarə Verdiyeva Vətəninə, millətinə, 
								dövlətinə tükənməz sevgisi olan dahi şəxsiyyət 
								Heydər Əliyevin həyat yolundan və ölkənin 
								inkişafı üçün gördüyü işlərdən danışdı. 
								 
								
								Tədbirin aparıcıları ulu öndər Heydər Əliyevin 
								müdrik kəlamlarından söz açdılar. Şagirdlər 
								ümummilli lider Heydər Əliyevə həsr olunmuş 
								şeirlər söylədilər, mahnılar ifa etdilər. 
								 
								
								Tədbirin sonunda ümummilli liderə həsr olunmuş 
								film nümayiş olundu. 
								
								
								
								*** 
								
								Bakıdakı 114 nömrəli tam orta məktəbdə də 
								müstəqil Azərbaycanın memarı, ulu öndər Heydər 
								Əliyevin  anadan olmasının  88-ci ildönümü 
								təntənə ilə qeyd edildi.  
								
								Akt zalında təşkil olunmuş tədbirdə ümummilli 
								lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik 
								sükutla yad edildi. Tədbirin aparıcıları olan 
								şagirdlər dahi şəxsiyyət Heydər Əliyev haqqında 
								ətraflı məlumat verərək bildirdilər ki, ulu 
								öndər  zəmanəmizin ən nəhəng, güclü 
								siyasətçilərindən biridir. Qeyd olundu ki, 
								Heydər Əliyev dərin ağılı, iti zəkası, güclü 
								məntiqi ilə hamını heyrətə gətirən, xalqını və 
								Vətənini sonsuz məhəbbətlə sevən şəxsiyyət idi.
								 
								
								Şagirdlərin ulu öndər haqqında söylədikləri  
								şeirlər tədbir iştirakçıları tərəfindən maraqla 
								qarşılandı. Məktəbin direktoru Ceyran Novruzova 
								da xalqın sevimlisi, dünya şöhrətli siyasətçi 
								Heydər Əliyevin xidmətlərindən söz açdı. 
								 
								
								Səhnəyə çıxan şagirdlər Heydər Əliyevin xatirəsi 
								önündə baş əydiklərini, böyük öndərin 
								arzularının, ideyalarının həyata keçirilməsi 
								üçün üzərlərinə böyük məsuliyyətin düşdüyünü 
								bildirdilər. Həmişə müqəddəs Vətən uğrunda 
								mübarizədə ön cərgədə olacaqlarına söz verdilər.
								 
								
								
								
								*** 
								
								Bakıdakı  fizika-riyaziyyat və informatika 
								təmayüllü liseydə "Heydər Əliyevin həyatı 
								gənclərə örnəkdir" mövzusunda  mərasim 
								keçirildi. Direktor müavini  Valeh Bəyalıyev  
								mərasimi giriş sözü ilə açaraq  qeyd etdi ki, 
								dünya şöhrətli siyasətçi, görkəmli dövlət 
								xadimi, tariximizə qurucu xilaskar kimi daxil 
								olmuş ulu öndər Heydər Əliyev xalqımızın 
								taleyində,  ictimai-siyasi, mənəvi həyatında 
								misilsiz  rolu olan  dahi bir şəxsiyyətdir. 
								Heydər Əliyev şəxsiyyətinin müdrikliyi, 
								böyüklüyü ondadır ki, onun ideyaları, əməli 
								fəaliyyəti  təkcə bu günümüzə deyil, həm də uzaq 
								gələcəyə  yönəlirdi.  Çıxışlarda vurğulandı ki, 
								milli tərəqqidə təhsilin əvəzsiz  rolu  
								olduğunu   deyən  ulu öndər Heydər Əliyevin  
								zəngin yaradıcılıq irsi, şəxsi nümunəsi və 
								dövlətçilik  fəaliyyəti  gənc  nəslin milli və 
								ümumbəşəri dəyərlər zəminində tərbiyə olunması 
								və təhsil alması işinin səmərəli təşkili üçün ən 
								qiymətli mənbədir. 
								
								Çıxışlardan sonra "Heydər Əliyev və müstəqil 
								Azərbaycan", "Zəmanəmizin ən böyük 
								azərbaycanlısı" mövzularında  guşələrə baxış 
								keçirildi.  
								
								
								
								*** 
								
								Bakıdakı X.Quliyev adına 62 nömrəli 
								məktəb-liseydə təşkil olunan tədbirdə Nizami 
								Rayon İcra Hakimiyyətinin  başçısı Tahir 
								Budaqov, millət vəkilləri Sevinc Hüseynova, 
								Flora Qasımova, Yeni Azərbaycan Partiyasının 
								Nizami rayon təşkilatının sədri, millət vəkili 
								Sədaqət Vəliyeva, Qafqaz Universitetinin 
								rektoru, professor  Ahmet Saniç, Bakı Şəhər İcra 
								Hakimiyyəti başçısının müavini Fidumə Hüseynova, 
								Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini 
								Məmməd Bayramov, məktəb direktorları, 
								valideynlər və digər qonaqlar iştirak edirdilər.
								 
								
								Şagirdlərin hazırladıqları  ədəbi-bədii tədbiri  
								açıq elan edən tədris ocağının rəhbəri Mətanət 
								Cabbarlı  ümummilli lider Heydər Əliyevin 
								Azərbaycan xalqının inkişafında, dünya ölkələri 
								arasında tanınmasında misilsiz xidmətlərindən 
								söz açdı. Bildirdi ki,  Heydər Əliyevin rəhbər 
								və lider kimi tarixi fəaliyyəti nəsillər üçün 
								böyük bir məktəbdir. Ulu öndər Azərbaycan 
								xalqının və dövlətinin canlı tarixidir. O,  XX 
								əsrdə Azərbaycan xalqının bəşəriyyətə bəxş 
								etdiyi nadir şəxsiyyətlərindən biri, dünya 
								şöhrətli siyasətçi, qüdrətli və xalqını sevən 
								dövlət başçısı idi.  
								
								Tədbirin aparıcıları  dahi şəxsiyyətin 
								fəaliyyəti barədə iştirakçılara geniş məlumat 
								verdilər.  Şagirdlər ümummilli lider Heydər  
								Əliyevə həsr olunan şeirlərdən parçalar 
								söylədilər, mahnılar ifa etdilər.  
								
								Tədbirin sonunda  iştirakçılar Heydər Əliyevə  
								həsr olunan "açıq dərs"lərdə iştirak etdilər, 
								"dəyirmi masa"da  dərslərin müzakirəsini 
								apardılar.   
								
								
								
								"Azərbaycan müəllimi"  |