| 
								 
								Mayın 5-də Azərbaycan Respublikasının Prezidenti 
								yanında Dövlət İdarəçilik Akademiyasında 
								aspirant və dissertantların "Heydər Əliyevin 
								Azərbaycanda demokratik, hüquqi dövlət 
								quruculuğu strategiyası" mövzusunda elmi 
								konfransı keçirilib. 
								
								Konfransı İdarəçilik Akademiyasının I prorektoru, 
								professor Əlikram Abdullayev açaraq konfrans 
								iştirakçılarını salamlayıb, ulu öndər Heydər 
								Əliyevin dövlət siyasətinin əhəmiyyətindən, 
								aspirant və dissertantlar üçün yaradılan imkan 
								və şəraitdən danışıb. 
								
								Ə.Abdullayev Heydər Əliyevin əsasını qoyduğu 
								idarəçilik sisteminin sosial-siyasi, hüquqi 
								aspektlərini geniş şəkildə şərh edib, ulu 
								öndərin zəngin idarəçilik irsinin və çoxillik 
								təcrübəsinin öyrənilməsinin əhəmiyyətini və bu 
								sahədə İdarəçilik Akademiyasında görülən 
								işlərdən söz açıb. Natiq məhz Heydər Əliyevin 
								həyata keçirdiyi köklü islahatlar nəticəsində 
								Azərbaycanda sağlam və sabit ictimai-siyasi 
								mühitin formalaşdığını, vətəndaşların hüquq və 
								azadlıqlarının dolğun təmin edildiyini, 
								ölkəmizdə demokratik, hüquqi və dünyəvi dövlət 
								quruculuğunun dinamik inkişaf yoluna qədəm 
								qoyduğunu bir daha vurğulayıb və bugünkü 
								uğurlarımızın bu bazis əsasında qazanıldığını 
								dilə gətirib. 
								
								Sonra aspirant və dissertantların "Azərbaycanın 
								xarici siyasətində ictimai diplomatiya 
								elementləri", "Yerli əhəmiyyətli məsələlərin 
								həlli prosesində dövlət orqanları ilə qarşılıqlı 
								əlaqələrin hüquqi əsasları", "NATO və Azərbaycan 
								bu gün", "Heydər Əliyevin Azərbaycançılıq 
								ideologiyası və onun ideya-siyasi mahiyyəti", 
								"Büdcə prosesinə proqram məqsədli metodun 
								tətbiqi", "Gənclərin dövlət idarəçiliyində 
								iştirakı", "Heydər Əliyev və Azərbaycanda neft 
								strategiyası" və s. maraqlı mövzularda  
								məruzələri dinlənilib. 
								
								
								
								Şakir CƏFƏROV  | 
								  |