| 
								 
								 Koreya 
								Respublikasının Beynəlxalq Əməkdaşlıq 
								Agentliyinin işçi qrupu, Azərbaycan Respublikası 
								Təhsil Nazirliyi və Azərbaycan Texniki 
								Universiteti tərəfindən hazırlanmış "Azərbaycan 
								Texniki Universitetinin Elektron Təhsil 
								Sisteminin yaradilması" layihəsinə dair 
								müqavilənin imzalanma mərasimi keçirilmişdir.
								 
								
								AzTU-da keçirilmiş tədbiri giriş sözü ilə 
								universitetin rektoru, texnika elmləri doktoru, 
								professor Havar Məmmədov açaraq qonaqları 
								salamlamış və imzalanacaq müqavilənin 
								əhəmiyyətindən danışmışdır. O qeyd etmişdir ki, 
								layihənin məqsədi elektron təhsil sisteminin 
								yaradılması vasitəsilə AzTU-nun idarəçilik 
								işlərində səmərəliliyi və məhsuldarlığı artırmaq, 
								sistem vasitəsilə AzTU-nun tələbələri üçün 
								müvafiq distant təhsil xidmətini təmin etmək, 
								koreyalı ekspertlərin ezam olunmasını və bir 
								sıra təlim proqramları vasitəsilə zəruri 
								texnologiya və biliyin ötürülməsi yolu ilə 
								sistemin davamlı istismarı və idarə olunması 
								üçün azərbaycanlı mühəndis və müvafiq 
								mütəxəssislərin bacarıqlarını artırmaqdan 
								ibarətdir. Layihənin müddəti iyirmi səkkiz ay 
								davam edəcəkdir. Layihə üçün KOICA-nın ayırdığı 
								büdcə iki milyon ABŞ dollarına bərabərdir. 
								Təhsil Nazirliyi və AzTU öhdəliklərinin yerinə 
								yetirilməsi üçün tələb olunan kifayət qədər 
								büdcə və işçi qüvvəsini təmin edəcəkdir. KOICA 
								AzTU-nun elektron təhsil sistemini inkişaf 
								etdirib həyata keçirəcək. AzTU-nun elektron 
								təhsil sistemi akademik idarəetmə sistemi, 
								portal sistemi, Veb server sistemi, elektron 
								poçt sistemi, Group təminat sistemi, elektron 
								təhsil sistemi və elektron təhsildən ibarətdir.
								 
								
								Sonra Azərbaycan Respublikası təhsil nazirinin 
								müavini Elmar Qasımov və Koreya Beynəlxalq 
								Əməkdaşlıq Agentliyinin (KOICA) Azərbaycan 
								nümayəndəliyinin rəhbəri KimYonq-vu çıxış edərək 
								imzalanacaq müqaviləni yüksək qiymətləndirmiş və 
								uğurlar arzulamışlar. 
								
								Daha sonra müqavilə Azərbaycan Respublikası 
								təhsil nazirinin müavini Elmar Qasımov, AzTU-nun 
								rektoru, texnika elmləri doktoru, professor 
								Havar Məmmədov və KOICA-nın Azərbaycan 
								nümayəndəliyinin rəhbəri KimYonq-vu tərəfindən 
								imzalanmışdır.    
								
								
								
								Müşfiq BORÇALI  |