| 
								 
								 Amerika 
								alimləri süni beyin yaradılması üzərində 
								işləyirlər.  Alimlər beyin yarımkürələri 
								arasında əlaqə yaradan sintetik material - 
								sinaps işləyib hazırlayıblar. Bu, əsəb 
								hüceyrələrini bir-birinə bağlayır  və baş-beynin 
								neyronları arasında olan  əlaqəni xatırladır. 
								Nanoborucuqdan hazırlanmış  sinapslar əsl 
								neyronlar kimi hərəkət edirlər. 
								
								Karbonlu nanoborucuqlar keçiricilər qismində 
								elektron sxemlərdə istifadə olunan  mikroskopik 
								molekulyar strukturlardır. Alimlərin əsas 
								nailiyyəti isə sintetik sinapsların işlənib 
								hazırlanmasıdır.   
								
								İnsanın baş-beynində yeni neyronların əmələ 
								gəlməsi və onlar arasında əlaqənin yaranması  
								baş verir, buna görə də sintetik beynin bu cür  
								plastikliyinə nail olunması vacib vəzifədir.   
								Alimlər qeyd edirlər ki, real surətdə fəaliyyət 
								göstərən beyin bir neçə on ildən sonra yaradıla 
								bilər. Adıçəkilən elmi kəşf baş-beyin 
								zədələnmələrinin müalicəsində tətbiq oluna bilər. 
								Bundan əlavə, yenilikdən intellektual 
								təhlükəsizlik sistemləri kimi avtomobillər üçün 
								də istifadə olunması planlaşdırılır.  |