| 
				
				
				
				
				
				
		 | 
		
				
					
						
				
					
						| 
						  | 
						 
					
						| 
						
												 | 
						 
					
						
						
							
	
		| 
		 
		ADU-nun 
		prorektoru beynəlxalq forumda iştirak edib  | 
	 
	 
 | 
							 
							 
						 | 
						 
					
						| 
						
						 | 
						 
					
						
						
							
								| 
								 
								ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, 
								dosent Jalə Qəribova aprelin 18-dən 21-dək 
								Qazaxıstanda səfərdə olub. Beynəlxalq forumda 
								iştirak edən ADU-nun prorektoru həmin ölkənin 
								Abilayxan adına Beynəlxalq Münasibətlər və Dünya 
								dilləri Universitetinin Frankafoniya 
								Universitetlər Agentliyinin qrantını almasını 
								qeyd edib. Bu qrantın əsasında həyata 
								keçiriləcək layihədə Fransanın Strasburq 
								Universitetinin Beynəlxalq Münasibətlər və 
								Tərcümə fakültəsi, Türkiyənin Hacettepe 
								Universitetinin tərcümə fakültəsi və Azərbaycan 
								Dillər Universitetinin tərcümə fakültəsi 
								vasitəsilə adıçəkilən universitetin tərcümə 
								fakültəsində gedən islahatlara dəstək verilməsi 
								nəzərdə tutulub. Hər 3 universitet - Strasburq, 
								Hacettepe və ADU Qazaxıstan Universitetinin 
								Tərcümə fakültəsində aparılan islahatlara kömək 
								etmək məqsədilə onlarla təcrübə mübadiləsi 
								aparacaq. Yuxarıda adları çəkilən 
								universitetlərin müəllimləri Qazaxıstan 
								Universitetində təlim keçəcəklər. Bu, tədris 
								planlarının hansı istiqamətdə qurulmasını, 
								tədris materiallarının hazırlanmasını, həm də 
								müəllimlərin metodikasının necə inkişaf 
								etdirilməsini əhatə edəcəkdir.  
								
								Səfər zamanı Beynəlxalq Münasibətlər və Dünya 
								dilləri Universitetinin rektoru Səlimə 
								Kunanbayeva qonaqları qəbul edərək ADU-ya 
								Qazaxıstanın Abilayxan adına Universitetinin "Şifahi 
								və yazılı tərcüməçilərin hazırlığı üzrə 
								beynəlxalq konsorsium" forumunda iştirakına görə 
								sertifikat verib. Həmin forumda ADU ilə 
								Qazaxıstanın Beynəlxalq Münasibətlər və Dünya 
								dilləri Universiteti arasında ayrıca niyyət 
								məktubu  imzalanıb. Niyyət məktubuna əsasən, 
								müəllim-tələbə mübadiləsi, birgə konfransların 
								keçirilməsi və s. nəzərdə tutulub.  
								
								  
								
								
								
								ADU-nun İctimaiyyətlə  
								əlaqələr və mətbuat xidməti  | 
								  | 
							 
						 
						 | 
						 
					
						| 
						  | 
						 
					
						| 
						
						 | 
						 
					 
						 | 
						 
					 
								 | 
		
								
									
										
						
						
						
						
						
						
							
						
							
				|   | 
							 
							
				|   | 
							 
							
				| 
 
BİZ 
TORPAQLARIMIZA QAYIDACAĞIQ!  | 
							 
							
				
						
							
								| 
								
								
								XANKƏNDİ | 
								
								
								
								26.12.1991 | 
							 
							
								| 
								
								
								XOCALI | 
								
								
								
								26.02.1992 | 
							 
							
								| 
								
								
								ŞUŞA | 
								
								
								
								08.05.1992 | 
							 
							
								| 
								
								
								LAÇIN | 
								
								
								
								18.05.1992 | 
							 
							
								| 
								
								
								XOCAVƏND | 
								
								
								
								02.10.1992 | 
							 
							
								| 
								
								
								KƏLBƏCƏR | 
								
								
								
								04.04.1993 | 
							 
							
								| 
								
								
								AĞDƏRƏ | 
								
								
								
								07.07.1993 | 
							 
							
								| 
								
								
								AĞDAM | 
								
								
								
								23.07.1993 | 
							 
							
								| 
								
								
								CƏBRAYIL | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								FİZULİ | 
								
								
								
								23.08.1993 | 
							 
							
								| 
								
								
								QUBADLI | 
								
								
								
								31.08.1993 | 
							 
							
								| 
								
								
								ZƏNGİLAN | 
								
								
								
								29.10.1993 | 
							 
						 
								 | 
							 
							
				|   | 
							 
							
| 
						  | 
							 
						 
 | 
							 
						 
						
							
| 
														
												
										 | 
							 
							 
						
										 | 
									 
								 
								 |