| 
								 
								 Bu günlərdə Masallı rayon Xalq Teatrının 
								truppası Milli Qəhrəman Mübariz İbrahimovun 
								böyüyüb boya-başa çatdığı Biləsuvar rayonunun 
								Əliabad kəndində olub. Qonaqlar qəhrəmanın 
								vaxtilə yaşadığı evi ziyarət edib, valideynləri 
								ilə görüşüblər. 
								
								Sonra Azərbaycanın Milli Qəhrəmanı Mübariz 
								İbrahimovun təhsil aldığı şəhid Malik Piriyev 
								adına Əliabad kənd tam orta məktəbinə gedərək, 
								burada yaradılmış "Mübarizlik məktəbi" adlı 
								muzeylə tanış olublar.  Təhsil ocağının müəllim 
								və şagirdləri ilə  keçirilən görüşdə teatr 
								üzvləri yazıçı-dramaturq Hacı Miribadullanın  "Ölümümə 
								inanma, ana" adlı əsəri əsasında hazırladıqları 
								ədəbi-bədii kompozisiya göstəriblər. Quruluşçu 
								rejisssoru Cəmaləddin Əliyev olan bu kompozisiya 
								maraqla qarşılanaraq, tamaşaçılarda kədərli bir 
								ovqat yaradıb. 
								
								Tədbirə qatılan Cəlilabad rayonunun Hacıtəpə 
								kənd orta məktəbinin tədris işləri üzrə direktor 
								müavini Həşim Abıyevin rəhbərlik etdiyi şagird 
								kollektivinin də Mübariz İbrahimov haqqında 
								etdikləri çıxışlar, söylədikləri şeirlər sonsuz 
								maraqla qarşılanıb, dinləyicilərin qəlbində 
								Vətənə, torpağa məhəbbət, düşmənə nifrət hissi 
								aşılayıb. 
								
								Tədbirin sonunda qonaqlar məktəbin direktoru 
								Bəsirə Rüstəmovaya, direktor müavini Böyükbəy 
								Quliyevə və müəllim kollektivinə Mübariz kimi 
								Vətənini, xalqını, millətini canından artıq 
								sevən belə bir oğul yetişdirdikləri üçün 
								minnətdarlıq etdilər.  
								
								
								ƏDALƏT  |