| 
								 
								 Mayın 
								3-də Bakıdakı 308 nömrəli orta məktəbdə  fənn 
								aylıqlarına həsr olunmuş yekun tədbiri keçirildi. 
								Tədbirdə Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə 
								Təhsil İdarəsinin,Təhsil Problemləri 
								İnstitutunun nümayəndələri,  müəllimlər və KİV 
								əməkdaşları iştirak  edirdilər.İlk öncə qonaqlar 
								məktəbin  foyesində əmək təlimi müəllimi Tahirə 
								Əsədinin dərs dediyi şagirdlərin  əl işlərdən 
								ibarət sərgiyə baxdılar.Sərgidə VI "a" sinif 
								şagirdi Tomris Kərimlinin, VI "b" şinif şagirdi 
								Leyla Məmmədovanın və VI "a" sinif şagirdi  
								Aysel Abbaszadənin  əl işləri  qonaqların xoşuna 
								gəldi.  
								
								Məktəbin direktoru  Təranə Məmmədova keçirilən 
								tədbir haqqında  qonaqlara  ətraflı məlumat 
								verdi. Bildirdi ki, ənənə şəklini  alan fənn 
								aylıqlarına həsr olunmuş yekun tədbirinin 
								keçirilməsi  məktəbdə  özünü doğruldub və geniş 
								tətbiq  olunmaq hüququ qazanıb.Bu cür 
								tədbirlərin keçirilməsi məktəbdə  tədrisin  
								keyfiyyətinin yaxşılaşmasına, səviyyəsinin 
								yüksəlməsinə  xidmət  edir. Nəticədə, pedaqoji 
								kollektivin işinə məsuliyyəti artır, şagirdləri 
								yaxşı oxumağa, müəllimləri  isə səmərəli 
								fəaliyyətə ruhlandırır.  
								
								Fənn aylığı çərçivəsində sinifdənxaric 
								tədbirlərə baxış keçirildi.  Şagirdlər 
								tərəfindən "Mikayıl Müşfiq ruhu milli ruhumuzdur" 
								mövzusunda ədəbi-bədii kompozisiya, C.Cabbarlı 
								və S.Vurğunun əsərləri əsasında hazırlanmış 
								səhnəciklər və "Ekologiyamızı qoruyaq" adlı 
								maraqlı  tamaşa  göstərildi.   
								
								Sonra tədbir iştirakçıları qruplara bölünərək,  
								müəllimlərin "açıq dərs"lərində oldular.   Bakı 
								Şəhəri üzrə Təhsil İdarəsi Metodmərkəzinin 
								Nizami - Nərimanov rayon bölməsi üzrə  metodisti  
								Vəzuhə Məmmədova və  metodmərkəzin multimedia 
								bölməsinin baş metodisti Nəriman Heydərov    X 
								"b" sinfində  Süsən Əliyevanın  ədəbiyyat  
								dərsini dinlədilər. 
								
								Eyni vaxtda digər siniflərdə  də Təhsil 
								Problemləri İnstitutunun direktor müavini, 
								professor Yəhya Kərimov, Bakı Şəhəri üzrə Təhsil 
								İdarəsi Metodmərkəzinin direktor müavinləri  
								Sitarə Məmmədova, Nadir Əliyev və  metodist  
								Rövşən İbrahimli və   metodmərkəzin digər 
								əməkdaşları IV"a" sinfində Fəridə Abbasovanın 
								həyat bilgisi, III "a" sinfində Səbirə 
								Zeynalovanın Azərbaycan dili (oxu),  XI "a" 
								sinfində Arif Ağakişiyevin riyaziyyat, VIII "a" 
								sinfində Çimnaz İmanovanın coğrafiya, VIII "b" 
								sinfində Aidə Əfəndiyevanın xarici dil, VII "d" 
								sinfində Nəsibə Səlimovanın fizika,  VII "b"sinfində 
								Səadət Mirzəyevanın biologiya fənlərindən 
								keçdikləri   "açıq dərs"lərdə iştirak etdilər. 
								
								Tədbirin yekun mərhələsində dinlənilən dərslərlə 
								əlaqədar "dəyirmi masa" keçirildi.  
								Müzakirələrdə belə   tədbirlərin  məktəb üçün  
								əhəmiyyətindən   söz açan professor Yəhya 
								Kərimov, metodmərkəzin direktor müavini Sitarə 
								Məmmədova, Təhsil Nazirliyinin nümayəndələri 
								Sevda Abbasova, Sevil Məmmədova  və başqaları 
								dinlənilən dərslər haqqında   fikirlərini 
								söylədilər,  irad və  təkliflərini  bildirdilər.  
								
								
								
								Şakir CƏFƏROV  |