| 
								 
								 2010-2011-ci dərs ilində məktəblilərin fənn 
								olimpiadalarını yüksək səviyyədə keçirmək, bu 
								işi daha da təkmilləşdirmək, istedadlı 
								şagirdləri üzrə çıxarmaq, onların yaradıcılıq 
								potensiallarını inkişaf etdirmək sahəsində 
								məqsədyönlü işlər görülmüşdür. 
								
								Görkəmli alim-pedaqoqlardan ibarət respublika 
								münsiflər heyətləri  yaradılmış,  xərclər 
								smetası tutulmuş, fənlər üzrə olimpiada 
								materialları hazırlanmış, hər üç turda 
								qaliblərin müəyyənləşdirilməsində obyektivlik 
								təmin edilmişdir. 
								
								Məktəblilərin fənn olimpiadaları mövcud 
								qaydalara uyğun olaraq, 3 mərhələdə təşkil 
								olunmuşdur. Olimpiadaların 1-ci rayon (şəhər) 
								mərhələsi 2010-cu ilin dekabrında, 2-ci rayon (şəhər) 
								mərhələsi 2011-ci ilin yanvarında, respublika 
								mərhələsi isə 2011-ci ilin mart ayında 
								keçirilmişdir. 
								
								Respublika üzrə 347.052 nəfər IX-XI sinif 
								şagirdindən 29.322 nəfəri (8,4 %) 1-ci  turda, 
								11.123 nəfəri (3,2%) 2-ci turda, 1.132 nəfəri 
								(0,3%) respublika turunda iştirak etmişdir. 
								
								Fənlər üzrə respublika turunda iştirak edənlərin 
								və qaliblərin (mükafatçıların) sayı  aşağıdakı 
								kimi olmuşdur: 
								
									
										|   | 
										
										
											
												| 
												
												
												¹ | 
												
												
												Fənlər | 
												
												
												
												İştirakçıların sayı | 
												
												
												
												Qaliblərin sayı | 
											 
											
												| 
												
												Cəmi | 
												
												
												I | 
												
												
												II | 
												
												
												III | 
											 
											
												| 
												
												1. | 
												
												
												Azərbaycan dili və ədəbiyyat | 
												
												
												233 | 
												
												
												91 
												(39%) | 
												
												
												4 | 
												
												
												9 | 
												
												
												12 | 
											 
											
												| 
												
												2. | 
												
												
												Azərbaycan tarixi | 
												
												
												214 | 
												
												
												53 (24,8%) | 
												
												
												3 | 
												
												
												8 | 
												
												
												11 | 
											 
											
												| 
												
												3. | 
												
												
												Riyaziyyat | 
												
												
												168 | 
												
												
												58 
												(34,5%) | 
												
												
												4 | 
												
												
												7 | 
												
												
												12 | 
											 
											
												| 
												
												4. | 
												
												
												Fizika | 
												
												
												121 | 
												
												
												31 (25,6%) | 
												
												
												4 | 
												
												
												2 | 
												
												
												8 | 
											 
											
												| 
												
												5. | 
												
												
												Kimya | 
												
												
												142 | 
												
												
												56 (39,4%) | 
												
												
												7 | 
												
												
												8 | 
												
												
												11 | 
											 
											
												| 
												
												6. | 
												
												
												Biologiya | 
												
												
												216 | 
												
												
												85 (39,4%) | 
												
												
												4 | 
												
												
												3 | 
												
												
												6 | 
											 
											
												| 
												
												7. | 
												
												
												İnformatika | 
												
												
												38 | 
												
												
												17 (44,7%) | 
												
												
												4 | 
												
												
												3 | 
												
												
												5 | 
											 
											
												| 
												
												
												Cəmi: | 
												
												
												
												1132 | 
												
												
												
												391 
												(34,5%) | 
												
												
												30 | 
												
												
												40 | 
												
												
												65 | 
											 
										 
										 | 
										  | 
									 
								 
								
								Sabirabad rayonu N.Gəncəvi adına şəhər 5 nömrəli 
								tam orta məktəbin VIII sinif şagirdi Aslanlı 
								Emil Əflan oğlu Azərbaycan dili və ədəbiyyat 
								fənnindən IX sinif şagirdləri ilə  birgə iştirak 
								etmiş və yüksək nəticə göstərərək  II yeri 
								tutmuşdur. 
								
								Olimpiadanın yekun turunda Naxçıvan Muxtar 
								Respublikasının, Bakı, Gəncə, Sumqayıt 
								şəhərlərinin, İsmayıllı, Şəmkir, Tovuz, Qusar, 
								Balakən, Zaqatala, Kürdəmir, Neftçala, Cəlilabad, 
								Qazax, Yardımlı, Quba, Şəki, Hacıqabul, Xaçmaz, 
								Siyəzən, Ağdaş, İmişli rayonlarının şagirdləri 
								daha fəal iştirak etmişlər. 
								
								Əvvəlki illərdə olduğu kimi, Azərbaycanda 
								fəaliyyət göstərən Azərbaycan Türk Özəl 
								liseylərinin şagirdləri  daha yaxşı nəticə  
								göstərmişlər. 7 fənn üzrə I yer tutmuş 30 
								nəfərdən 11-i (37%) bu liseylərin şagirdləridir. 
								
								Nazirlik nəzdindəki Heydər Əliyev adına liseyin, 
								akademik Zərifə Əliyeva adına tam orta məktəbin, 
								Bakı Avropa Liseyinin,  Fizika-riyaziyyat və 
								informatika təmayüllü liseyin, 6 nömrəli 
								məktəb-liseyin, S.C.Pişəvəri adına humanitar 
								fənlər təmayüllü gimnaziyanın, "Zəngi" liseyinin,  
								"Elitar" gimnaziyanın, "Tərəqqi" liseyinin, 
								132-134 nömrəli təhsil kompleksinin, 
								Kimya-biologiya təmayüllü liseyin şagirdləri də 
								yekun turunda yaxşı nəticələr göstərmişlər. 
								 
								
								Naxçıvan MR üzrə Naxçıvan şəhəri 705 nömrəli 
								hərbi hissə tam orta məktəbinin, Naxçıvan şəhəri 
								Heydər Əliyev adına,  2, 8 və 12 nömrəli, Şərur 
								rayonu şəhər 1 nömrəli,  Muğanlı  kənd,  Babək 
								rayonu Məmmədrza Dizə və Didivar kənd, Şahbuz 
								rayonu Kükü kənd, Kəngərli rayonu Qarabağlar 
								kənd 2 nömrəli tam orta məktəblərinin 
								şagirdlərinin olimpiada nəticələri də qənaətbəxş 
								olmuşdur. 
								
								Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 
								şagirdləri daha yaxşı nəticə göstərmişlər. Belə 
								ki, 9 iştirakçıdan 8-i (1 nəfər I, 2 nəfər II, 1 
								nəfər III, 4 nəfər IV yer)  mükafata layiq yer 
								tutmuşdur. 
								
								Fənn olimpiadalarının yekun turunda BDU-nun "Gənc 
								istedadlar" liseyinin,  Bakı şəhəri 26, 27, 35,  
								47, 83, 102, 110,  114, 142, 152, 157, 171, 237, 
								238, 240, 283 nömrəli tam orta məktəblərin, 
								Bağça-məktəb-lisey kompleksinin, 287 nömrəli "Zəkalar" 
								liseyinin, Gəncə şəhəri  Xarici dillər təmayüllü 
								gimnaziyanın,  21 nömrəli tam orta məktəbin, 
								Sumqayıt şəhəri 12 və 34 nömrəli tam orta 
								məktəblərin, Texniki və təbiət elmləri təmayüllü 
								liseyin, Təbiət elmləri təmayüllü gimnaziyanın, 
								"İstedad" liseyinin, Zaqatala rayonu akademik 
								Zərifə Əliyeva adına liseyin, Humanitar fənlər 
								təmayüllü gimnaziyanın, Bəhmənli kənd tam orta 
								məktəbinin, Neftçala rayonu Bankə qəsəbə 2 
								nömrəli, Qədimkənd və Qırmızıkənd kənd, 
								İsmayıllı rayonu şəhər 1 nömrəli,  Qoşakənd kənd, 
								Kürdəmir rayonu şəhər 1 və 3 nömrəli, Qazax 
								rayonu şəhər 3 nömrəli, Tovuz rayonu Azaplı kənd, 
								Qusar rayonu şəhər 3 nömrəli, Sabirabad rayonu 
								şəhər 5 nömrəli, Şabran rayonu Çölquşçu kənd, 
								Yardımlı rayonu Bozayran kənd, Ağcabədi rayonu 
								şəhər 3 nömrəli, Cəlilabad rayonu şəhər 3 
								nömrəli, Qobustan rayonu Sündü kənd,  Hacıqabul 
								rayonu Qarasu kənd, Tərtər rayonu şəhər 3 
								nömrəli, Şəmkir rayonu Tatarlı kənd tam orta 
								məktəblərinin, Xaçmaz rayonu akademik Zərifə 
								Əliyeva adına 8 nömrəli məktəb-liseyin, Balakən 
								rayonu Humanitar və texniki təmayüllü liseyin  
								şagirdləri də xüsusi fəallığı ilə seçilmiş, 
								mükafata layiq yerlər tutmuşlar. 
								
								I-III yerlərin qalibləri xüsusi diplom və 
								hədiyyələrlə, həvəsləndirici IV yeri tutanlar 
								isə nazirliyin tərifnaməsi ilə 
								mükafatlandırılmışlar. 
								
								Fənn olimpiadalarının təşkili və keçirilməsi 
								sahəsində  Astara, Ağsu, Saatlı, Samux, Ağstafa, 
								Qubadlı, Xocavənd, Ağdam,  Xocalı, Laçın, 
								Daşkəsən, Xızı, Zəngilan, Füzuli rayonlarının, 
								Naftalan şəhərinin şagirdləri zəif nəticələr 
								göstərmişlər. Həmin şəhər və rayonların təhsil 
								şöbələrinin və ümumtəhsil məktəblərinin 
								rəhbərləri istedadlı uşaqların üzə çıxarılaraq 
								onların fənn olimpiadalarına cəlbi sahəsində 
								lazımi məqsədyönlü tədbirlər həyata 
								keçirməmişlər. 
								
								Rayon (şəhər) mərhələlərində seçimin 
								qeyri-obyektiv aparılmasının nəticəsidir ki, 
								Azərbaycan dili və ədəbiyyat fənnindən Şamaxı, 
								Tərtər rayonlarının, riyaziyyat fənnindən Laçın, 
								Zəngilan, Ağdaş, Samux, Yevlax, Ağcabədi, 
								Biləsuvar, Göyçay, Şamaxı, Yardımlı, Goranboy, 
								Şəki, Oğuz, Lənkəran, Xızı, Kəlbəcər 
								rayonlarının, fizika fənnindən Mingəçevir və 
								Şirvan şəhərlərinin, Füzuli, Ağcabədi, Ağsu, 
								Göygöl, Tərtər, Şamaxı, Ağdam, Ağdaş, Samux, 
								Lerik, Şərur, Babək, Culfa rayonlarının, kimya 
								fənnindən Lerik, Zəngilan, Gədəbəy, Samux, 
								Biləsuvar, Masallı, Şəki rayonlarının şagirdləri 
								respublika mərhələsində zəif (1-10 bal) nəticə 
								göstərmişlər. 
								
								İstedadlı uşaqlarla işin təşkilinə laqeyd 
								münasibət bəsləndiyindən Ağstafa, Beyləqan, 
								Qobustan, Daşkəsən, Zəngilan, Kəlbəcər, Goranboy, 
								Laçın, Füzuli, Xocavənd, Şabran, Siyəzən 
								rayonlarından fizika, riyaziyyat və kimyadan, 
								Neftçala və Şabran rayonlarından isə 
								riyaziyyatdan  son illərdə  olimpiadaların yekun 
								turunda iştirakçı şagird olmamışdır.  
								
								Qeyd olunanları nəzərə alaraq  
								
								
								
								ƏMR EDİRƏM:  
								
								1. "Məktəblilərin 2010-2011-ci dərs ilində fənn 
								olimpiadalarının nəticələri haqqında" münsiflər 
								heyəti sədrlərinin təqdim etdikləri protokollar, 
								həmçinin olimpiada qaliblərinin Təhsil Nazirliyi 
								tərəfindən diplomlar və tərifnamələrlə təltif 
								olunmaları nəzərə alınsın. 
								
								2. Fənn olimpiadalarının təşkili və 
								keçirilməsində Naxçıvan MR Təhsil Nazirliyinin, 
								BDU-nun "Gənc istedadlar" liseyinin, Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsinin, Gəncə Şəhər Təhsil 
								İdarəsinin, Sumqayıt şəhər, İsmayıllı, Şəmkir, 
								Tovuz, Qusar, Balakən, Zaqatala, Kürdəmir, 
								Neftçala, Cəlilabad, Qazax, Yardımlı, Quba, Şəki, 
								Hacıqabul, Xaçmaz, Siyəzən, Ağdaş, İmişli rayon 
								təhsil şöbələrinin, respublikada fəaliyyət 
								göstərən "Çağ" Öyrətim İşlətmələri Şirkətləri 
								Azərbaycan Türk Özəl liseylərinin və Heydər 
								Əliyev adına Müasir Təhsil Kompleksinin müsbət 
								işləri qeyd edilsin. 
								
								3. Şamaxı, Lənkəran,   Ağstafa, Goranboy, Samux, 
								Daşkəsən, Ağdam, Füzuli, Laçın,  Qubadlı,  
								Xocavənd,  Zəngilan rayon, Naftalan şəhər təhsil 
								şöbələrinin fənn olimpiadalarına hazırlıq 
								sahəsində lazımi əməli tədbirlər həyata 
								keçirmədikləri həmin rayon (şəhər) təhsil şöbə 
								müdirlərinin nəzərlərinə çatdırılsın. 
								
								4. İqtisadiyyat şöbəsi (Ş.Əliyev) şagirdlərin 
								fənn olimpiadalarına hazırlığında səmərəli 
								fəaliyyət göstərmiş və 2011-ci ildə keçirilən 
								olimpiadalarda şagirdləri I dərəcəli diploma 
								layiq görülmüş müəllimlərin hər birinin 150 (yüz 
								əlli), olimpiadaların keçirilməsi, materialların 
								hazırlanması, işlərin yoxlanılması və yerlərin 
								müəyyənləşdirilməsində xüsusi əmək sərf edən 
								respublika münsiflər heyəti sədrlərinin hər 
								birinin 140 (yüz qırx), məsul katiblərin hər 
								birinin 100 (yüz), üzvlərin hər birinin 70 (yetmiş) 
								manat pul mükafatı ilə mükafatlandırılmasını 
								təmin etsin. 
								
								5. Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, 
								bütün rayon (şəhər) təhsil şöbələri, nazirlik 
								nəzdindəki lisey və gimnaziyaların direktorları:
								 
								
								5.1 Əmrin məzmununu təhsil müəssisələrinin 
								pedaqoji kollektivlərinə çatdırsınlar, istedadlı 
								şagirdlərin aşkar olunmasına, onların 
								yaradıcılıq potensiallarının inkişaf 
								etdirilməsinə, olimpiadalara hazırlıq 
								mərkəzlərinə cəlb olunmalarına diqqəti  
								artırsınlar. 
								
								5.2 "Xüsusi istedada malik olan uşaqların (gənclərin) 
								yaradıcılıq potensialının inkişafı üzrə Dövlət 
								Proqramı (2006-2010-cu illər)"na uyğun çap 
								olunmuş "Elementar riyaziyyatın əlavə fəsilləri 
								və olimpiadalar I kitab", "Elementar 
								riyaziyyatın əlavə fəsilləri və olimpiadalar II 
								kitab", "Riyaziyyatdan olimpiada iştirakçıları 
								üçün 200 variant", "Kimyadan olimpiada 
								məsələləri", "Uşaqlarda istedadın 
								müəyyənləşdirilməsi və inkişaf etdirilməsi" və 
								digər ədəbiyyatlardan səmərəli istifadəni təmin 
								etsinlər. 
								
								6. İctimaiyyətlə əlaqə şöbəsi (B.Hüseynzadə) 
								əmrin "Azərbaycan müəllimi" qəzetində və "Təhsil 
								xəbərləri" məcmuəsində dərc olunmasını təmin 
								etsin. 
								
								7. Əmrin icrasına nəzarət nazir müavini 
								İ.İsgəndərova həvalə olunsun.  
								
								
								
								Misir MƏRDANOV, 
								Azərbaycan Respublikasının təhsil naziri 
								18 may 2011-ci il  | 
								  |