| 
								 
								 Mayın 
								19-da "Vətən" Respublika İxtisaslaşdırılmış 
								Olimpiya Ehtiyatları  Uşaq-Gənclər Futbol 
								Məktəbinin  açılış mərasimi keçirildi. 
								
								Mərasimdə təhsil naziri Misir Mərdanov, gənclər 
								və idman naziri Azad Rəhimov, AFFA-nın  və 
								Dövlət Neft Şirkətinin prezidenti,  millət 
								vəkili Rövnəq Abdullayev, Binəqədi Rayon İcra 
								Hakimiyyətinin başçısı Alı Qocayev,  təhsil 
								nazirinin müavini Elmar Qasımov  və digər rəsmi 
								şəxslər iştirak edirdilər.  
								
								Tədbiri giriş sözü ilə açan təhsil nazirinin 
								müavini Elmar Qasımov futbol məktəbinin 
								istifadəyə verilməsi münasibəti ilə məktəb 
								kollektivini təbrik etdi. Azərbaycan 
								Respublikasının Dövlət himni səsləndi. Elmar 
								Qasımov AFFA ilə Təhsil Nazirliyinin birgə 
								yaratdıqları idman məktəbinin ulu öndər Heydər 
								Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr 
								olunduğunu diqqətə çatdırdı.  Sonra təhsil 
								naziri Misir Mərdanov idman məktəbinin 
								istifadəyə verilməsi ilə bağlı iştirakçıları 
								təbrik etdi. Bildirdi ki, belə yüksək səviyyədə 
								olan məktəbin yaradılması  Azərbaycanın idman 
								həyatında mühüm bir hadisədir.  Misir Mərdanov 
								ölkə  Prezidenti cənab İlham Əliyevin 
								respublikanın bütün sahələrində olduğu kimi, 
								idmana da  böyük diqqət və qayğı göstərdiyini 
								bildirdi.  Qeyd etdi ki, məhz bunun nəticəsində 
								idmançılarımız dünya arenalarında  idmanın 
								müxtəlif növləri üzrə böyük uğurlar qazanaraq 
								üçrəngli bayrağımızı zirvələrə qaldırır, Dövlət 
								himnimizi səsləndirirlər. Biz onlarla fəxr 
								edirik.
								  
								
								Misir Mərdanov idman məktəbinin Azərbaycan 
								futbolunda önəmli rol oynayacağına və burada 
								peşəkar idmançıların yetişəcəyinə ümidvar 
								olduğunu diqqətə çatdırdı.  
								
								Tədbirdə çıxış edən AFFA-nın prezidenti Rövnəq 
								Abdullayev, gənclər və idman naziri Azad 
								Rəhimov, Binəqədi Rayon İcra Hakimiyyətinin 
								başçısı Alı Qocayev  idman məktəbinin, 
								meydançanın yeniyetmələr və uşaqlar üçün böyük 
								hədiyyə olduğunu vurğuladılar. Ölkə başçısı 
								tərəfindən idmançılar üçün yüksək şərait 
								yaradıldığını diqqətə çatdırdılar.   
								
								Sonra qonaqlar idman məktəbində yaradılan 
								şəraitlə yaxından tanış oldular.  
								
								
								
								Rəşad ZİYADOV  |