| 
								 
								Azərbaycan Resrublikasında BMT-nin 
								rezident-əlaqələndiricisi,  BMT-nin İnkişaf 
								Proqramının və BMT-nin Əhali Fondunun rezident 
								nümayəndəsi Fikrət Akçura Naxçıvan Muxtar 
								Respublikasına səfəri çərçivəsində Naxçıvan 
								Dövlət Universitetində də oldu. Beynəlxalq 
								münasibətlər və xarici dillər fakültəsində 
								keçirilən görüşdə rektor, akademik İsa 
								Həbibbəyli çıxış edərək BMT-nin dövlətlərarası 
								beynəlxalq təşkilat kimi fəaliyyətindən danışdı, 
								muxtar respublika və universitet haqqında qonağa 
								ətraflı məlumat verdi.  
								
								Millət vəkili Azərbaycanın 20% torpaqlarının 
								Ermənistan tərəfindən işğal olunduğunu, 1 
								milyondan artıq qaçqına malik olduğunu diqqətə 
								çatdıraraq, BMT-nin Dağlıq Qarabağ münaqişəsi 
								ilə bağlı ədalətli qərarlarının sənəd üzərində 
								qalaraq icra olunmadığını təəssüflə bildirdi.
								 
								
								Fikrət Akçura BMT-nin İnkişaf Proqramının və 
								BMT-nin Əhali Fondunun həyata keçirdiyi 
								işlərdən, Azərbaycanla bağlı nəzərdə tutulan 
								layihələrdən, dünyada elmin, təhsilin inkişafı 
								ilə bağlı perspektiv planlardan bəhs etdi. 
								Vurğulandı ki, Naxçıvana səfərdə məqsədi 
								Azərbaycanın uzun illər Ermənistan tərəfindən 
								mühasirədə saxlanılan bu regionu ilə yaxından 
								tanış olmaq, muxtar respublika ilə bağlı yeni 
								layihələr reallaşdırmaqdır. Görüş zamanı gələcək 
								tərəfdaşlıq məsələlərindən də danışıldı. 
								
								Sonra diplomat tələbələrin suallarını 
								cavablandırdı.   
								
								
								
								Mehriban SULTAN,  
								NDU-nun Mətbuat şöbəsinin müdiri  |