| 
								 
								 Kürdəmir 
								Rayon Təhsil Şöbəsinin müdir müavini Əsgər 
								Hüseynovdan aldığımız məlumatda   bildirilir ki,  
								rayonun Bala Kəngərli kənd ümumi orta məktəbi 
								üçün yeni tədris binası istifadəyə verilib. Bu 
								məktəb binası Yaponiya hökumətinin "Ot kökləri 
								və insan təhlükəsizliyi" qrant vəsaiti hesabına 
								"Sülh" qeyri-dövlət humanitar təşkilatı 
								tərəfindən tikilib. Məktəbin açılışında rayon 
								icra hakimiyyəti başçısının təhsil, səhiyyə və 
								mədəniyyət məsələləri üzrə müavini Əbülfət 
								Mikayılov çıxış edərək təhsilin maddi-texniki  
								bazasının möhkəmləndirilməsi istiqamətində  
								həyata keçirilən tədbirlərdən danışıb. 
								
								Məktəbin müəllimi  Vidadi Dəmirov, kənd 
								ağsaqqalı İkram Əzizov, şagird Nərmin Əzizova və 
								başqaları çıxış edərək Yaponiya hökumətinə, 
								eləcə də məktəbin tikilib istifadəyə 
								verilməsində zəhməti olan şəxslərə 
								təşəkkürlərini bildiriblər.  
								
								Sonra  "Sülh" qeyri- dövlət humanitar 
								təşkilatının sədri  Dilşad Ağalarova  təhsil 
								ocağının istifadəyə verilməsi ilə əlaqədar  
								müəllim  və şagirdləri təbrik edib, son vaxtlar  
								təşkilatın rayonda həyata keçirdiyi layihələrdən 
								söz açıb. 
								
								Tədbirin sonunda Kürdəmir Rayon İcra 
								Hakimiyyətinin başçısı Fəxrəddin Məlikov 
								məktəbin şagird və pedaqoji kollektivini, kənd 
								sakinlərini yeni tədris binasının açılışı 
								münasibətilə təbrik edib və bu xeyirxah işdə 
								əməyi olan bütün insanlara   öz minnətdarlığını 
								bildirib.  
								
								
								
								Şakir CƏFƏROV  |