| 
								 
								 Cəbrayıl rayonu Cəmil Əhmədov adına tam orta 
								məktəbin birinci sinif şagirdləri mayın 4-də bir 
								il ərzində öyrəndikləri bilik və bacarıqlarını 
								müəllimlər və valideynləri qarşısında nümayiş 
								etdirdilər. Onların sevinc və həyəcanları 
								gözlərindən hiss olunurdu. Bilik bayramı 
								şagirdlərin Azərbaycanın Dövlət  himnini oxuması 
								ilə başladı.  Sonra direktor müavini Mina 
								Fətəliyeva birinciləri və onların valideynlərini 
								təbrik edərək bu günün onların həyatında 
								əlamətdar günlərdən biri olduğunu bildirdi. Daha 
								sonra Cəbrayıl Rayon Təhsil Şöbəsinin 
								məsləhətçisi Qorxmaz Abdulla təbrikə qoşularaq 
								birincilərə daha böyük nailiyyətlər arzuladı. 
								Tədbirdə valideyn-məktəb münasibətlərinin 
								əhəmiyyətindən danışıldı və valideynlərin bu 
								məsələyə ciddi yanaşmalı, övladlarının təhsili 
								ilə yaxından maraqlanmalı olduqları qeyd edildi. 
								
								Birincilər ana dili, ana Vətən, qəhrəmanlıq, 
								Qarabağ mövzularında şeirlər söylədilər. Onlar 
								həmçinin ölkənin tarixi, milli atributları, 
								coğrafi xüsusiyyətləri ilə bağlı bilgilərini də 
								şeirlərlə ifadə etdilər. Şagirdlər xalqımızın 
								Cavanşir, Babək, Şah İsmayıl, Xan qızı Natəvan, 
								Cavad xan kimi qəhrəman oğul və qızlarını, Milli 
								Qəhrəman Çingiz Mustafayevi də yada salaraq 
								onların yolunu davam etdirəcəklərinə söz 
								verdilər. 
								
								Birincilər şənlikdə riyazı biliklərini də 
								nümayiş etdirdilər. "Birincilər", "Əsgər marşı", 
								"Can Azərbaycan" mahnılarını ifa etməklə, 
								A.Şaiqin "Tıq-tıq xanım" əsərini 
								səhnələşdirməklə öz məharətlərini göstərdilər.  
								
								
								
								Gülxar ŞƏRİF, 
								BDU-nun jurnalistika fakültəsinin IV kurs 
								tələbəsi   | 
								  |