| 
								 
								Bakının   Binəqədi  rayonunda  yerləşən 144 
								nömrəli tam orta məktəbdə müstəqilliyimizin  
								bərpasının 20  illiyi münasibəti ilə tədbir 
								keçirildi. Məktəbin yuxarı sinif şagirdlərinin 
								ifasında Azərbaycan Respublikasının Dövlət himni  
								səsləndirildi. Əsgər paltarı geyinmiş şagirdlər  
								dahi bəstəkar  Üzeyir Hacıbəylinin uvertürasının 
								sədaları altında Dövlət  bayrağını səhnəyə 
								gətirdilər.   
								
								Tədbiri giriş sözü ilə açan  məktəbin direktoru  
								Raya Allahverdiyeva müstəqilliyimizin tarixi 
								kökləri haqqında  danışdı. Bildirildi ki, 
								müstəqilliyin əziyyətlə qazanılması nə qədər 
								çətin idisə, onun qorunub saxlanılması bir o 
								qədər çətin idi.  Belə bir dövrdə Azərbaycanda  
								xalqın tələbi ilə hakimiyyətə gələn ümummilli 
								lider Heydər Əliyev ölkəmizi parçalamağa çalışan 
								qara qüvvələrə qarşı mübarizə apararaq yeni 
								yaranmış dövlətimizin varlığını qoruyub 
								saxlamışdır.  Ulu öndər Heydər Əliyev xalqımızı 
								müstəqilliyə, əmin-amanlığa çıxardı. Onun dərin 
								zəkası, zəngin biliyi, qətiyyəti, daxili və 
								xarici siyasətdəki uğurları  sayəsində 
								müstəqilliyimiz möhkəmlənir, ölkəmiz gündən-günə 
								inkişaf edir və çiçəklənir.   
								
								Şagirdlər müstəqilliyimizə həsr olunmuş 
								mahnılarla, şeirlərlə tədbiri daha da maraqlı 
								etdilər.   
								
								Çıxış edənlər təhsil ocaqlarında belə 
								tədbirlərin keçirilməsini təqdirəlayiq hal hesab 
								etdilər. Dövlət müstəqilliyimizin 
								möhkəmlənməsində və əbədi olmasında ulu öndər 
								Heydər Əliyevin  misilsiz xidmətlərindən söz 
								açıldı.  
								
								Tədbirin sonunda müstəqilliyimizə həsr olunmuş 
								film nümayiş olundu.   
								
								
								
								Rəşad ZİYADOV  |