| 
								 
								Mayın 13-də  "Oriqami" Uşaq və Yeniyetmələr 
								İctimai Birliyi Suraxanı Rayon İcra Hakimiyyəti 
								ilə birgə uşaqların sağlamlıq, təhsil, 
								peşəyönümü və cəmiyyətə inteqrasiyası 
								problemlərinin müzakirəsinə həsr olunmuş   "Gələcək 
								hamı üçün" mövzusunda seminar keçirib. 
								
								"Oriqami" Reabilitasiya Mərkəzində keçirilən   
								seminarda Heydər Əliyev Fondunun prezidenti,  
								millət vəkili Mehriban xanım Əliyevanın diqqət 
								və qayğısı sayəsində Suraxanı rayonunda 
								Reabilitasiya Mərkəzinin açılışı yüksək 
								qiymətləndirildi. Bildirildi ki, yeni 
								Reabilitasiya Mərkəzinin fəaliyyəti Suraxanı 
								rayonunda yaşayan sağlamlığında məhdudiyyəti 
								olan 700 uşaq və yeniyetmənin bərpa- inkişafına, 
								sosial inteqrasiyasına əhəmiyyətli dərəcədə 
								kömək edəcəkdir. 
								
								Seminarda müxtəlif məsələlər müzakirə  olunub. 
								
								"Oriqami" QHT-nin sədri N.Nəcəfov, Bakı Şəhəri 
								üzrə Təhsil İdarəsinin  nümayəndəsi F.Əhmədov, 
								valideynlərdən S.Behbudlu, T.Əhmədov və 
								başqaları müzakirəyə çıxarılan məsələlər 
								ətrafında geniş  fikir mübadiləsi aparıblar.  
								Çıxış edənlər sağlamlığında məhdudiyyəti olan 
								uşaqların ahəngdar inkişafı və sosial aktivliyi 
								istiqamətində təklif və tövsiyələrini veriblər.  
								
								
								
								Şakir CƏFƏROV  |