| 
								 
								  Naxçıvan 
								Dövlət Universitetində incəsənət fakültəsinin 
								təsviri incəsənət ixtisası üzrə IV kurs tələbəsi 
								Pərviz Yəhyayevin fərdi rəsm sərgisi açılıb. 10 
								gün davam  edəcək sərgidə tələbə rəssamın 
								təsviri sənətin müxtəlif  janrlarında  çəkdiyi 
								əsərlər nümayiş olunacaq.  
								
								Sərginin açılışında çıxış edən ali  təhsil  
								ocağının rektoru, akademik İsa Həbibbəyli qeyd 
								edib ki, əsası Bəhruz Kəngərli tərəfindən 
								qoyulan Naxçıvan rəssamlıq məktəbinin bu gün 
								davam etdirilməsi ilə yanaşı, onun sıraları 
								daima yeni nəsil rəssamları ilə 
								zənginləşməkdədir. Rektor, gənc rəssamın 
								formalaşmasında onun müəllimi, Naxçıvan Muxtar 
								Respublikasının əməkdar rəssamı Cavid 
								İsmayılovun xidmətlərini xüsusilə vurğulayıb.
								 
								
								Xalq rəssamı, universitetin müəllimi Hüseynqulu 
								Əliyev çıxışında ölkədə elmin, təhsilin, 
								mədəniyyət və incəsənətin inkişafına göstərilən 
								diqqət və qayğıdan danışıb. 
								
								Əməkdar rəssam Cavid İsmayılov böyük sənətdə ilk 
								addımlarını atan tələbə rəssama daha böyük 
								nailiyyətlər diləyib. Tələbə yoldaşlarından 
								Nəsib Nəsirov da təbriklərə qoşulub.  
								 
								
								Tədbir iştirakçıları rəssamın əsərlərinin əks 
								olunduğu videomateriala baxıblar. Sonra sərgiyə 
								baxış olub.  Sərgidə üstünlük təşkil edən  
								portret və peyzaj janrında çəkilən  əsərlər 
								düşündürücü olması ilə buraya gələnlərin böyük 
								marağına səbəb olub.       
								
								
								
								Nərmin CƏFƏROVA, 
								NDU-nun Mətbuat 
								 şöbəsinin 
								əməkdaşı   |